OQTAY MİRQASIMOV: HEKAYƏSİ OLAN ADAM

O, bizi "Gümüşü furqon"da gəzdirdi, "Ovsunçu" ilə tanış etdi, "1001-ci qastrol" haqqında danışdı ... "Şeytan göz qabağında" isə - həyat adlı uzun yolda qoruyucu talismandır.  Hərəkət etdiyi bu yolda, artıq 75-ci "kilometrə" yaxınlaşıb. Əlbəttə ki, söhbət bu gün yubileyini qeyd edən böyük rejissor Oqtay Mirqasımovdan gedir.

unnamed

Şok etməyi bacaran

Hələ Moskva ÜDKİ-nun tələbəsi ikən Oqtay Mirqasımov rejissor olaraq "Yollar" filmi ilə ilk çıxışını edir, diplomu aldıqdan sonra isə doğma Bakıya qayıdır və burada onun yaradıcılığı yüksəlməyə başlayır. O zamandan bəri keçən onilliklər ərzində o, çox sayda filmlər çəkib. Bu filmlərin əksəriyyəti tamaşaçılar üçün aktual və əhəmiyyətli mövzulara həsr olunub. Onun yaradıcı həyatı da bir o qədər dolğun və maraqlıdır. Və hal-hazırda demək olar ki, Mirqasımovun çəkdiyi hər yeni film təkcə Azərbaycanda deyil, həm də xaricdə böyük bir hadisəyə çevrilir. Beləliklə, məsələn, rejissorun son filmlərindən biri olan "Ovsunçu" Kazanda “Qızıl Minbər” I Beynəlxalq müsəlman filmləri kinofestivalının əsas mükafatını qazanıb, sonuncu "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi isə Anapada keçirilən "Kinoşok"da hər kəsi şoka salıb. Onun istənilən kino-əsərlərindən uzun və ətraflı danışmaq istərdim, amma... bəlkə də, ekrandan uzaqlaşmaq və yaradıcı insana şəxsən nəzər salmaq daha yaxşıdır.

unnamed_1

İkiqat aristokrat

Oqtay Mirqasımovun adı təsəvvürümüzdə təkcə bizim sevimli filmlərimizlə bağlı deyil, həm də Azərbaycan mədəniyyətinin daim tutunduğu və tutunmağa davam etdiyi cəmiyyətin seçilmiş nümayəndələrinə xas olan xüsusi zərif ziyalılıq və xarizmatik cazibə ilə bağlıdır. Aristokratizm - yalnız xüsusi bir sosial təbəqəyə aid olmaq deyil, həm də bu bir ruh halıdır. Bu baxımdan Oqtay Mirqasımovu həm "ikiqat" aristokrat, həm də ziyalı adlandırmaq olar - şəxsi insani keyfiyyətləri onda nəcib əsilzadəlik ilə birləşir. Sözsüz ki, bu da bu şəxsiyyətin formalaşmasına mühüm təsir göstərib. Oqtay Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun oğludur. Demək olar ki, lap körpəlikdən o, Şekspirdən Markesə qədər dünya mədəniyyətini və səmimi məhəbbəti ilə bütün azərbaycan mədəniyyətini mənimsəyib.

unnamed_5

Baxan kəsin gözlərindəki gözəllik

Qüsursuz zərif zövqə malik olan, sadəcə əsl gözəlliyi duymağı bacaran deyil, həm də onu ekranda əks etdirəndir. Və bu gözəllik yalnız vizual tərkib hissəsi, estetika ilə məhdudlaşmır, həm də hər bir detalda, hər bir dialoqda sezilir, hər səviyyədə özünü göstərir. Bu, qəhrəmanların və onların münasibətlərinin daxili gözəlliyidir. Çətin vəziyyətlərdən çıxdıqları, həyatın zərbələrinə müqavimət göstərdikləri, mübarizə edib və qalib olduqları gözəllik. Bu vəziyyətdə gözəllik həm də, Mirqasımovun öz yaradıcılığında toxunduğu əsas mövzulardan biri olan şərəf və alicənablığın sinonimidir. Hər bir yeni filmlə, o tədricən bizi bu barədə düşünməyə vadar edir, beynimizi qidalandırır, vicdanımızı təlaşlandırır, deməli - daha yaxşı olmağa kömək edir. Və bütün bunlar pafos və nəsihətsiz, möhtəşəm bədii formada olur... Rejissor sanki bizimlə məxfi söhbət aparır - hər birimiz ilə bir dost kimi.

unnamed_6

Keçmişdən gələn cənab

Bir az əvvəl qeyd etdiyimiz və hətta xarici görünüşündə büruzə verən zərif ziyalılıq səbəbi ilə Oqtay Mirqasımovu asanlıqla ötən əsrin personajı kimi təsəvvür etmək olar - köhnə fotolardan bizə baxan cənablar kimi. Rejissor bəzi müsahibələrində etiraf etdiyi kimi, əslində daxilən XIX əsr onu cəzb edir, öz studiyasını onun şərəfinə adlandırıb və ümumiyyətlə, qədimi olan hər şeyi sevir. Oqtay Mirqasımovun maraqlarından biri də tarixi əşyalardır - istər ailə bağında divardakı paslı mismar olsun, zamanla saralan broşur, ya da nənəsinin qəhvədanı... Sevdiyi qədimi qılıncını isə doğulduğu gün ilk nəvəsinə hədiyyə edib.

unnamed_2

Həyat qaydaları

Başqa nə...? Yəqin ki, Oqtay Mirqasımovu yubiley münasibətilə təbrik etmək və ona can sağlığı, ilham və yeni gözəl filmlər arzulamaq qalır. Üstəlik, bunların hamısını özümüzə də arzulayırıq - axı Oqtay Mirqasımov Azərbaycan kinematoqrafiyasının dayandığı sütunlardan biridir. Onun yaşayıb yaratması bizim sizinlə maraqlarımızdadır.

unnamed_4

İndi isə bu gün dəbdə olan "Həyat Qaydaları" formatında yubilyarın özünə söz verək:

- Mənim üçün ümumi uşaqlıq hissi – əlbəttə, böyük xoşbəxtlikdir. Belə alındı ki, mən ən işıqlı və təxəyyülümü, yaddaşımı və bütün varlığımı dolduran maraqlı təəssüratlar ilə əhatə olunmuşdum. Mən xoşbəxt idim və belə də qaldım.

- Mənim həyat yoldaşım – həyatımın əsas tərkib hissəsidir. “Mənim həyat yoldaşım – mənim həyatımdır”… Belə bir tərif bəlkə də coşğulu bir şüar kimi görünə bilər, amma mən bu sözləri tam səmimi və məsuliyyətlə deyirəm.

- Mən – optimistəm. Amma, yəqin ki, öz optimizmimdə ümumi elmi məlumatlara əsaslanan “kədərli optimist”.

- Azərbaycan ictimaiyyətinin, bütün Azərbaycan xalqının əsas vəzifəsi - torpaqlarımızın qaytarılması üçün mübarizə aparmaqdır. Bu şüar deyil, Azərbaycanın gələcək inkişafı üçün bütün istiqamətləri müəyyən edən əsas vəzifədir.

- Mən bütün səmimiyyətimlə istəyirəm ki, insanlıq sağ qalsın. Və tamamilə əminəm ki, dünyanın sonu olmayacaq!

unnamed_7