NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

7-8-9 iyun

Cümə günü "City Art Azerbaijan" layihəsi çərçivəsində "Qədim şəhərin müasir çaları ol!" bədii sərgisi açılacaq! Müasir yerli sənətə hər kəs  qoşula bilər.

Harada: Nur Art House

Nə zaman: 7 iyun, 19:00

 

Ənənələrə sadiq qalaraq Miri Yusif yenə də bu həftə sonu "Yaşıl Teatrda" konsert verəcək. Gözəl musiqi, xoş atmosfer əla əhval-ruhiyyə - həftə sonu üçün ən yaxşı başlanğıcdır!

Harada: Yaşıl Teatr

Nə zaman: 7-8-9 iyun, 20:30

 

Bu həftə sonu UIA International Forum Baku 2019  baş tutacaq. Forum çərçivəsində sərgi, konsulların görüşü kimi tədbirlər , həmçinin prizlər və pul mükafatları qazanmaq üçün memarlar müsabiqəsi keçiriləcək!

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 7-9 iyun, 7:30-dan 18:30-dək

 

Bakıda rəssam Aytən Abdullayevanın "Stokholm- sütunlar üzərində ada" fərdi sərgisi keçiriləcək. Bu möhtəşəm şəhərdə olarkən, Aytən bura valeh olur və dərhal duyğular qammasını və təəssüratlarını öz təsvirlərində əks etdirməyə çalışır. Nəticələri bu həftə sonu görmək olar.

 

Harada: Art Tower qalereyası

Nə zaman: 7-12 iyun

 

Bu şənbə hər birimiz planetin təmizlənməsi üçün #trashtag adlı ümumdünya challenge-ində iştirak edə bilər. Aksiya çərçivəsində Xəzər dənizi sahili təmizlənəcək. Bütün zəruri ləvazimatlar, qəlyanaltılar, su və nəqliyyat təşkilatçılar tərəfindən təmin ediləcək. Qeydiyyatdan keçməyi unutmayın!

 

Nə zaman: 8 iyun


Bakılıları həqiqətən heyranedici, zərif və möhtəşəm tamaşa gözləyir. Bu həftə sonu akrobatika və gimnastika üzrə çempionat keçiriləcək. Ailəliklə getmək olar. Hər kəs üçün maraqlı olacaq!

Harada: Milli Gimnastika Arenası

Nə zaman: 8-9 iyun

 

Vinsent Van Qoq heç vaxt Yaponiyada olmayıb. Buna baxmayaraq, o, bu ölkəni xüsusi məhəbbətlə sevirdi və məhz bu hiss onun yaradıcılığına təsir edib.  "Mən Yaponlara həsəd aparıram" - bir dəfə qardaşı Teoya yazdığı məktubda bildirmişdi. "Van Qoq və Yaponiya" film-sərgisi bizə böyük impressionistin ona uzaq olan bir ölkə ilə niyə bu qədər dərin maraqlandığını anlamağa kömək edəcək.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 9 iyun, 13:00