NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

11-12-13 oktyabr

Bakıda möhtəşəm MAP Beynəlxalq Teatr Festivalı başladı. Cümə günü “AXE” Mühəndis Teatrının quruluşunda “Pux və prax” və “Priyut komedianta” Teatrının quruluşunda “Podolskdan olan adam”, şənbə günü “Kukolnıy dom” Teatrının quruluşunda "Zoluşka", həmin axşam da Yeni Riqa Teatrının quruluşunda “Sonya” tamaşalarını seyr edə bilərik. Bazar günü “Kukolnıy dom” Teatrı “Yatmış gözəl” tamaşasını, axşam saatlarında isə Akademik Malıy Dram Teatrı – Avropa Teatrı A.P.Çexovun ən məşhur əsərinin əsasında səhnələşdirilmiş, Lev Dodinin quruluşunda “Vanya dayı” tamaşasını təqdim edəcəklər. Festivalın afişasını izləyin!

Harada: YARAT Mərkəzi, ÜNS Yaradıcılıq Səhnəsi, Kukla Teatrı, Akademik Musiqili Teatr, Rus Dram Teatrı

Nə zaman: 11 oktyabr, 16:00 və 20:00

12 oktyabr, 12:00 və 20:00

13 oktyabr, 12:00 və 20:00

 

Çərşənbə günü ikinci Azərbaycan xalq mahnıları festivalına start verildi. Radionun Qızıl Fondunun klassiklərini xatırlamağın və ölkənin bütün bölgələrində nəsildən-nəslə ötürülən nadir əsərləri eşitməyin tam zamanıdır.

 

Harada: Muğam Beynəlxalq Mərkəzi

Nə zaman: 12 oktyabra qədər

 

Azərbaycanda Rusiya mədəniyyət günlərini Nadejda Nadejdina adına "Berezka" xoreoqrafiya ansamblının konserti olmadan təsəvvür etmək çətin olardı. Bədii rəhbər – Mira Koltsova, baş dirijor – Leonid Smirnovdur.

Harada: Heydər Əliyev Sarayı

Nə zaman: 11 oktyabr, 19:00

 

Yazıçı və teatr tənqidçisi, professor Tomas İrmer müasir Alman draması kontekstində naməlum indiki zaman mövzusunda mühazirə ilə çıxış edəcək. Mühazirə ingilis dilində, Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək, müasir dramaturgiya anlayışında isə professor 2010-cu ildən sonra yaranan əsərləri nəzərdə tutur.

Harada: YARAT Müasir İncəsənət Mərkəzi

Nə zaman: 12 oktyabr, 17:00  

 

TED-in məşhur konfransları – cəmiyyətlər, təşkilatlar, fərdi sahibkarlar, elm adamları, ictimai xadimlərin TEDx formatında təcrübələrini bölüşməsi üçün bir fürsətdir. TedxBHOS konfransında həmvətənlərimiz “Praqmatizm” mövzusunda əsas fikirləri 18 dəqiqəlik çıxışda bölüşəcəklər.

 

Harada: Bakı Ali Neft Məktəbi, Konqres zalı

Nə zaman: 12 oktyabr, 11:00

 

"Qızıl Maska" Mükafatı laureatı, kukla teatrının aktrisası Elina Ageeva marionet idarəetmə üzrə master-klass verəcək.

Harada: Azərbaycan Dövlət Kukla Teatrı

Nə zaman: 12 və 13 oktyabr, 14:00

 

Pol Morokkonun rəhbərliyi ilə OLE! kollektivi arzu edən hər kəsi qorxulara qalib gəlməyi və tənqidlərə tab gətirməyi öyrədəcək, həmçinin şou üçün zəruri olan – flamenkodan rumbaya, gitaradan Perunun milli musiqi aləti kaxona və klounadadan ssenarinin yazılışına qədər əsas bacarıqları mənimsəməyə kömək edəcək.

Harada: YARAT Müasir İncəsənət Mərkəzi

Nə zaman: 13 oktyabr, 14:00 – 17:00