NARGIS
NARGIS MAGAZINE
Simalar

Burlesk - özünü qəbul etmə teatrı

img_8481

Əziz, sevgili oxucularım! Sizə kiçik sirrimi açmaq istəyirəm: mən rəngarəngliyin və cəlbediciliyin, hətta bir qədər vulqarlığın dəlicəsinə pərəstişkarıyam. Mən estetəm və vizual məlumat mənim üçün məzmundan daha vacibdir. Bəli, mən ciddi, dərin teatral quruluşları sevirəm, amma qızların səhnədə oxuduğu və parlaq, açıq-saçıq geyimlərdə cəsarətlə rəqs etdiyi rəngarəng musiqi tamaşalarından da olduqca zövq ala bilərəm. Axı həqiqətdir ki, müasir izləyicilərdə bu təəccüb doğurmur, əksinə insan bədəninin - təbiətin bizə bəxş etdiyi hər bir şeyin gözəlliyini və plastikasını tamamilə normal bir şey kimi qəbul etməyi öyrədir!

Mənim həmişə başqalarının reaksiyasına tamamilə fikir verməyərək yüksək səslə gülən, rəqs etməyi bacaran və sevən gözəl qadınlar xoşuma gəlib! Belə qadınlarla asanlıqla dil tapıram, onlara heyran oluram və onlar həmişə ən sadiq dost olurlar. Axı belə qadınlar ilk növbədə həyatı və həyatda olan bütün rəngarəngliyi sevirlər, buna görə də, dedi-qoduya vaxtları olmur. Bu da əladır!

Bu ay bütün dünya sevdiyim bayramlardan birini - Halloween bayramını qeyd edəcək. Bu bayram üçün mən ən kiçik detallarını düşünərək məmnuniyyətlə öz kostyumumu hazırlayıram. Bu, beynimdəki obraz yaranana qədər qrim otağında saatlarla oturmağa hazır olduğum nadir günlərdən biridir (halbuki səbirsiz olduğumdan çox vaxt makiyajsız keçinirəm)...

Sizcə, 31 oktyabr üçün burlesk tərzində kostyum necə olar? Fikrimcə olduqca cazibədar! Bir də nə vaxt lələkli libas və torlu corab geyinmək, bununla bərabər həyat yoldaşımın tənəsini eşitməmək imkanım olacaq?!

Ülviy Mahmudova,

Baş redaktor

Zinət əşyaları Cartier, Juste Un Clou kolleksiyası (Cartier butiki)