NARGIS MAGAZINE
Dəb

JARED KIMI GEYINMƏK VƏ YAXUD LETO-NUN TƏRZ QAYDALARI

Deyəsən Jared doğrudan da Marsdan gəlib. Şou biznesinin ən rəngarəng siması və tanınmış stil ikonası bu gün bizim tərz analizimizdə. Niyə Jared Leto inanılmazdır? Elə indi bu barədə danışacağıq!

Jared x Gucci

Leto və Gucci — əla və ayrılmaz cütlükdür. Moda evinin ən qeyri-adi geyimləri dərhal "marslının" qarderobuna daxil olur. Necə deyərlər qəşəng, baha, zəngin!

kmo_152927_00572_1_t218_161357

Ponço

Demək olar ki, hər bir konsertdə, milyonların sevimlisi ponçoya bürünür. Letonun qeyri-adi tərzinin ulduzu - ponçodur. Müğənni onu geyinib mantiyalı kral kimi gəzməyi sevir. Öz fanatları üçün isə o, həqiqətən kraldır.

1ca9d65e1185b2e91fbd1f0c0b60e123

Çiçəkli şalvarlar

Çörək almaq üçün mağazaya rəngarəng geyimdə gedilməlidir, xüsusilə də, əgər belə bir miqyasda ulduzsansa. Bəlkə də Jared o qədər yaraşıqlıdır ki, onun şalvarlarında gül açır.

020a133849419fae65a4fdf7d2a6223c

Bu papaqdır ya corab?

Tez-tez Jaredin başında elə şeylər olur ki, onların şlyapa olduğunu müəyyən etmək çətin olur. Millennial çəhrayı rəngdə papaq-corab, bandana, məzəli naxışlı kepka, çalma və ya qəribə sarğı - və bu tam siyahı deyil.

ec9200d89f3575b1b56b5907be2d75bd

Tac

Əgər kral ponçon varsa, o zaman tac mütləqdir. Etiraf edək ki, bu ona olduqca yaraşır!

w684

Gəldi, gördü, qazandı

Letonun əsas xüsusiyyətlərindən biri odur ki, o, sevdiyi şeyləri geyinir. Gucci'dən yaşıl plaşı gördü, aşiq oldu və artıq "İntihar dəstəsi" filminin premyerasında Jared onu geyinib gəlmişdi.

https-2f2fblueprint-api-production.s3.amazonaws.com2fuploads2fcard2fimage2f1666492fleto

Mətn: Zemfira Korovina