NARGIS MAGAZINE
Həyat tərzi

5-6-7 oktyabr

Bütün həftə sonu nəfəsimiz kəsilənə qədər rəqs edirik! Payız rəqs festivalı artıq Bakıda!

Harada: Bakı Biznes Mərkəzi

Nə vaxt: 5,6 və 7 oktyabr, saat 19:30

 

İzraildə 10 illik ulduz karyerasından sonra ABŞ-a dönmək üçün hər şeyi atan rəqqasə Bobby Smith Jin haqqında gözəl bir sənədli filmi izləyirik.

Harada: ADO, M.Əliyev küç., 245

Nə vaxt: 6 oktyabr, saat 21:30

  

"Mənə elə gəlir ki, biz saatda 100 km sürətlə kərpic divarına çarpırıq - və heç kimin vecinə deyil" - bir alim insanların enerji ehtiyacları barədə belə deyib. Gəlmiş-keçmiş ən güclü termonuklear reaktor, eləcə də alimlərin və layihənin nəhəng böyüklüyü haqqında "Yaşasın işıq!"(Let There Be Light) filmini izləyirik.

Harada: Burda, İ.Səfərli küç.,13

Nə vaxt: 6 oktyabr, saat 19:30

  

Yukata Show xeyriyyəçilik konserti - yapon mədəniyyətinin pərəstişkarları üçün əsl hədiyyədir. Konsert "Bir Təbəssüm Bir Ümid" xeyriyyə kampaniyasına dəstək verir.

HaradaADA University, A. Ağaoğlu küç., 11

Nə vaxt: oktyabr, saat 15:00

 

Tərlan Qorçunun "Arşın mal alan" tamaşasını qaçırmırıq!

Harada: Marionet teatrı

Nə vaxt: oktyabr, saat 19:00

 

Növbəti Handicraft Bazaar “Hello Autumn” yarmarkası - yerli handmade-brendlərinin pərəstişkarları üçün güc yeridir və bir çox yeni adları öyrənmək üçün unikal bir şansdır.Bu il aralarında Chelebi, Yukhulu, Fake Deyil, Mücrü və bir çoxlarının yer aldığı 36 iştirakçı elan edilib.

Harada: Passage 1901, N. Rəfibəyli küç., 20

Nə vaxt: 6 oktyabr, saat 10:00 – 20:00

 

Şənbə axşamınızı XX əsrin əvvəllərində Yaponiyaya səyahət edən Fin filoloqu Gustav Ramstede haqqında “Eastern Memories” filminə həsr edə bilərsiniz. Seyr etdikdən sonra rejissor Niklas Kulstryom bütün suallara cavab verəcək.

Harada: ADO, M.Əliyev küç., 245

Nə vaxt: 6 oktyabr, saat 18:00

 

Bəlkə də bu həftə sonu kiminsə həyatı daha gözəl və xoşbəxt olacaq. Şənbə və bazar günlərində keçirilən "Dost axtarılır" adlı yarmarkada kiçik qardaşlarımızla görüşmək və sadiq dost tapmaq mümkündür. Onlar hər kəsi görməyə şad olacaqlar!

Harada Pullman Baku oteli, M.Müşviq küç., 1

Nə vaxt: 6,7 oktyabr, saat 12:00 – 18:00

 

Doku Baku adlı Beynəlxalq Sənədli Filmlər Festivalı çərçivəsində rejissor Cavid Təvəkkül "Kino dili nədir?" mövzusunda seminar keçirəcək.

 

Harada: AF Mall, S.Vurğun küç., 34

Nə vaxt: 7 oktyabr, saat 16:30

  

Digitalizasiya, virtual reallıq, interaktivlik, qloballaşma nədir və  həyatımıza necə təsir edir? Fin rejissoru Niklas Kulstryom Doku Baku festivalı çərçivəsində hibrid hekayələri və sənədli filmlərin yeni növü haqqında danışacaq.

 

Harada: ADO, M.Əliyev küç., 245

Nə vaxt: oktyabr, saat 14:00

 

Uşaqlarla birlikdə dulusçuluq sənətinin əsaslarını öyrənirik və əsəblərimizi sakitləşdiririk - bu əla art-terapiyadır! 

Harada: Art Rooms Baku, İ.Əfendiyev küç., 11

Nə vaxt: oktyabr, saat 14:00