NARGIS
NARGIS MAGAZINE
İDMAN

SONSUZ XEYİRXAHLIQ HEKAYƏSİ

Xərçəng xəstəsi olan uşaqlar "New York Red Bulls" futbolçularının ayaqqabılarına cürbəcür rəsmlər çəkiblər. Sponge Bob, Batman, pizza və sair.

"New York Red Bulls" Tackle Kids Сancer uşaq xərçəngi ilə mübarizə aparmaq üçün çox gözəl xeyriyyə aksiyası keçiriblər. Maraqlısı odur ki, balaca pasientlər klub oyunçuları ilə onların ayaqqabılarının üzərində daha gözəl rəsmlər çəkməyi düşünmək üçün bir neçə dəfə görüşüblər.
Budur, "New York Red Bulls" oyunçuları MLS-nin növbəti matçında Sonic, SpongeBob, Batman və Pikachu rəsmli ayaqqabılarda oynadılar. Bilet satışlarından əldə edilən gəlirlərin bir hissəsi təşkilata verildi.

Rəsmləri NBA "Brooklyn Nets" komandasının dizayneri Jesse Kavanagh çəkmişdir.