NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

BAKIDA GƏNC LİDERLƏRİN FORUMU

Sentyabrın 24-ü Xüsusi Olimpiya Hərəkatının Gənc Liderlərinin 20-ci Qlobal Forumunun açılışı keçirilib. Forumda 45 ölkəni təmsil edən 220-dən çox qonaq, eləcə də, futbol üzrə Braziliya milli komandasının kapitanı, ikiqat dünya çempionu Kafu və supermodel Natalya Vodyanova iştirak ediblər. Hərəkat John F. Kennedinin bacısı Eunice Kennedy Shriverin təşəbbüsü ilə yaranıb. Fondun iki əsas məqsədi var: səbəblərini müəyyən edərək əqli məhdudiyyətin qarşısının alınması və hər kəs üçün inklüziv cəmiyyət yaratmaq. Hazırda fonda Timothy Shriver rəhbərlik edir. Bu illər ərzində dünyanın 180 ölkəsindən üç milyondan çox insan xüsusi Olimpiya hərəkatının iştirakçısı olub.