2026-cı il oktyabrın 28-dən noyabrın 8-dək Azərbaycanın paytaxtında Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən genişmiqyaslı, müxtəlif incəsənət janrlarını əhatə edən İkinci Baku International Arts Festival (BIAF) baş tutub. Festivalın 12 günü ərzində şəhərin 13 məkanında konsertlər, performanslar, balet və teatr tamaşaları, yazıçılar, rejissorlar və rəssamlarla görüşlər, ustad dərsləri və açıq məşqlər daxil olmaqla 36 tədbir keçirilib. Festival Azərbaycan, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Kanada, Monako, Rusiya, ABŞ və Fransa da daxil olmaqla dünyanın 37 ölkəsindən 500-dən çox iştirakçını bir araya gətirib. Festivalın ümumi tamaşaçı sayı 10 mini ötüb.
Müasir səhnə sənəti dünya bədii irsinin bir hissəsinə çevrilmiş klassik əsərlərdən tutmuş musiqi, rəqs, vizual obrazlar və müasir texnologiyaların vahid bədii ifadədə birləşdiyi eksperimental səhnə formalarınadək müxtəlif təzahürləri ilə təqdim olunub. Bundan əlavə, ikinci mövsümün mühüm xüsusiyyətlərindən biri ənənəvi qastrol formatının hüdudlarından kənara çıxmaq istəyi olub. Konsert və teatr nümayişləri ilə yanaşı, yaradıcı görüşlər, ictimai müzakirələr, açıq məşqlər, ustad dərsləri və maarifləndirici proqramlar təşkil edilib. Mövsümün digər mühüm xüsusiyyəti xarici sənətçilərin Azərbaycan kollektivləri və təhsil müəssisələri ilə əməkdaşlığı olub.
Bu il festivalın iştirakçıları arasında pianoçular Lukas Geniuşas və Fərhad Bədəlbəyli, truba ifaçısı Tine Thing Helseth, skripkaçılar David Garrett və Maksim Vengerov, rəssamlar William Kentridge və Manal AlDowayan, rejissorlar Lev Dodin, Leo Qabriadze və Romeo Castellucci, xoreoqraflar Şahar Binyamini, Akram Khan və Sharon Eyal, dirijorlar Dmitri Sitkovetski və Fuad İbrahimov, tarixçi Peter Frankopan, eləcə də Malı Dram Teatrı – Avropa Teatrının, Dmitri Krımovun yeni quruluşunu təqdim edən İsrailin “Geşer” teatrının, Rezo Qabriadze Marionet Teatrının, William Forsythe və Crystal Pite-ın əsərləri ilə English National Ballet-nin və xoreoqraf Jean-Christophe Maillot-nun “Qu gölü” baletinə məşhur yozumu ilə Les Ballets de Monte-Carlo-nun kollektivləri yer alıb. Festival üçün xüsusi olaraq Avropanın müxtəlif ölkələrindən istedadlı musiqiçiləri birləşdirən BIAF orkestri yaradılıb. Sənətçilərin əksəriyyəti üçün BIAF proqramında iştirak Azərbaycanda ilk çıxış olub. Festival iştirakçıları Bakının özünəməxsus ab-havasını, yüksək təhlükəsizlik və rahatlıq səviyyəsini, memarlığının gözəlliyini və yerli mətbəxin zəngin dadlarını, həmçinin sakinlərin qonaqpərvərliyini və hər tamaşanı böyük maraqla qarşılayan auditoriyanın xüsusi həssaslığını qeyd ediblər.
BIAF-2026 Bakının bir sıra əlamətdar məkanlarında, o cümlədən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Heydər Əliyev Mərkəzində, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Heydər Əliyev Sarayında və Daş Salnamə Muzeyində keçirilib.
Bu gün Bakı Şərqlə Qərb arasında körpü rolunu oynayan dinamik, açıq və tolerant şəhərdir. O, iri biznes forumlarının, beynəlxalq miqyaslı idman yarışlarının, dünyanın müxtəlif ölkələrindən siyasi və işgüzar elita nümayəndələrinin iştirakı ilə tədbirlərin getdikcə daha tez-tez keçirildiyi müasir dünya paytaxtlarından biridir. Vaxtilə məşhur İpək yolunun mühüm dayanacaqlarından biri və müxtəlif xalqların, dinlərin nümayəndələri üçün tarixi cazibə mərkəzi olmuş şəhər bu gün də yüksək keyfiyyət standartları müəyyən etməklə ölkələri və mədəniyyətləri birləşdirməyə davam edir. Baku International Arts Festival bu yanaşmanın bir hissəsinə çevrilərək beynəlxalq, çoxjanrlı mədəni platformanın formalaşmasında bilavasitə iştirak edir.
BIAF çərçivəsində təqdim olunan son illərin ən yaxşı səhnə əsərlərini izləmək imkanı Azərbaycana səfər etmək, onun zəngin tarixi və çoxşaxəli mədəni ənənələri ilə tanış olmaq üçün gözəl fürsətdir. Azərbaycanın mədəni irsini və səyahət imkanlarını kəşf etmək üçün Azerbaijan.travel saytına daxil olun və sosial şəbəkələrdə @ExperienceAzerbaijan hesabını izləyin.
Ətraflı məlumat festivalın rəsmi https://biaf.az/ saytında, eləcə də BIAF-ın Instagram səhifəsində mövcuddur: https://www.instagram.com/bakuartsfestival.
Festivaldan fotolarla aşağıdakı keçiddə tanış olmaq olar:
https://drive.google.com/drive/folders/1cHUXOmLgA2X5_V-VdaAq7-R5IvUq2OEy
(BIAF-ın mətbuat xidməti tərəfindən təqdim olunub).


