NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Swarovski x Rosenthal SIGNUM": kristal və çini tandemi

İki məşhur brendin əməkdaşlığında ustalıq ənənələri ahəng yaradır
"SIGNUM" kolleksiyası "Swarovski" kristallarının parıltısı və "Rosenthal"a məşhurluq qazandırmış çini ilə filiqran iş üsulunu özündə birləşdirir. Bu dizayn "Swarovski"nin kreativ direktoru Covanna Engelbert tərəfindən işlənib-hazırlanıb. Səkkizguşəli forma – kristal brendinin əfsanəvi simvolu kolleksiyanın mərkəzi vizual obrazına çevrilib: həndəsi fiqurun konturu qiymətli daş və kristalların klassik kəsim formaları ilə assosiasiyalar yaradır. İlk baxışdaca tanınan simvol "Signum"da qiymətli bir çalar qazanır: o, əl ilə çəkilmiş qızılı vurğularla əhatə edilib.
Daha bir əsas motiv həm qızılda, həm də büllurda interpretasiya edilmiş məşhur "Swarovski" qu quşudur. Hər bir naxış təyin edildiyi çini məmulatının formasına uyğunlaşdırılmış fərdi interpretasiya əldə edir.

"Signum"un xarakterik xüsusiyyəti kristallarla bəzədilmiş məmulat qapaqlarıdır. Bundan əlavə, qızılı qu quşu boşqablar və digər servis predmetləri üzərində naxışların mərkəzi simvolu kimi çıxış edir. Kolleksiyanın eksklüzivliyini dəbdəbəli, rəngarəng qablaşdırma da vurğulayır.

Çalarların zərif palitrası, qrafik kompozisiyaların ahəngi, çini formaların lakonikliyi – qarşımızda əl əməyi ənənələrini, mükəmməl işi və yeni, müasir ideyaları özündə təbii şəkildə birləşdirmiş kolleksiya dayanıb. Gündəlik rituallar üçün nəzərdə tutulmuş servis predmetləri bədii dəyər qazanır.

Rəng simvolizmi və süfrə düzülüşü sənəti
"SIGNUM" kolleksiyasının rəng palitrasını dörd müəllif çaları təşkil edir: zərif və incə çəhrayı "Rose", təravətli yaşıl "Fern", işıltılı sarı "Jonquil" və sakit mavi "Azure". Onlardan hər biri həm öz-özlüyündə, həm də kolleksiyanın digər rəngləri ilə uyğunlaşdırılarkən ifadəliliyini qoruyur. Kolleksiyanın koloristikası süfrə düzülüşünün ab-havası və xarakteri ilə rəng həlləri vasitəsilə yaradıcı cəhətdən improvizələrə şərait yaradır – təvazökar monoxrom variantdan tutmuş kontrastlı çalarlardan ibarət daha əlvan və ekspressiv kompozisiyaya qədər. Dörd çalardan hər biri əl ilə altı mərhələdə çəkilir, beləliklə, çini brendinin dəqiqliyini və yüksək keyfiyyətini nümayiş etdirir.

Kolleksiyaya boşqablar, fincan və nəlbəkilər, piyalələr və servis qabları, eləcə də çayniklər, qəhvədanlar və çoxyaruslu etajerlər daxildir. Bizi nahar masası üçün nəzərdə tutulmuş predmetlərdən ibarət adi bir dəst deyil, ziyafət ab-havası yaradan, sahiblərinin zövqünü nümayiş etdirən və həyata olan münasibətlərini meydana çıxaran süfrə düzülüşü olan "l’art de la table" sənətini yenidən kəşf etməyə bir dəvət gözləyir.

Bu kolleksiya axşamüstü çayından tutmuş kiçik bir şam yeməyinə qədər həm minimalist və təvazökar, həm də təbii və eklektik kompozisiyalar yaratmağa imkan verir. Süfrə düzülüşü tamamilə "Fern" və "Azure" çalarlarında hazırlana və ya "Rose", "Jonquil" və kontrastlı çalarların ahəngindən ibarət ola bilər. Süfrə düzülüşü predmetləri isə interyerin vizual həlləri ilə dialoq quran müstəqil dekorativ vurğulara çevrilir.

  •  
  •  
  •  
  •  
  •  
/

Kristal və çini tandemi
Kolleksiyanın estetikası iki bədii ünsürün öz ənənələri ilə birləşməsindən doğulur. Bu tandemdə hər iki ünsürün – kristal və çininin mahiyyəti yeni bir cəhətdən meydana çıxır. "Rosenthal" çinisi rəng aləmi, həndəsə və "Swarovski" kristalı üçün bir təmələ çevrilir, dəqiqliklə düşünülərək qızıl suyuna salınmış detallar isə qrafik dizayna əlavə bir ifadəlilik qatır.

"Bu kolleksiya həyatınızı daha da parlaq etməyin yeni bir üsulu kimi düşünülüb", – Covanna Engelbert əməkdaşlıq konsepsiyasına dair öz fikrini bildirir. – "Necə ki öz obrazımız üçün qiymətli daş-qaş seçərkən bundan həzz alırıq, bu qeyri-adi, valehedici, eləcə də eleqant kolleksiyanın predmetləri ilə süfrəni bəzəyərkən elə həminki qədər sevinc hissi yaşayırıq. Süfrə düzülüşü günün bəzəyinə, beləcə, həyatın bəzəyinə çevrilir".

Dost məclisində bir fincan qəhvə, yaxınlarla birlikdə axşamüstü çay və ya şam yeməyi – masa arxasındakı hər görüş yeni bir gözəllik anı və həyat eşqi yaradır. "Swarovski"nin "Rosenthal" ilə əməkdaşlığı – yaşamaq sənəti konsepsiyasının yeni və parlaq təfsiri onun nəcib və ən müasir təcəssümündə.

Brendin çeşidləri ilə "Maison de Luxe" butikində tanış ola bilərsiniz. Butik Bakı, 28 may küçəsi, 5C ünvanında yerləşir. Telefon: : (+994 51) 201 92 97