NARGIS
NARGIS MAGAZINE
Mədəniyyət

2020-ci ilin ən dəbli rəngləri

WGSN moda və dizayn sahəsində trendlərin təhlil və proqnozlaşdırma agentliyinin proqnozlarına görə Millenial Pink iki il ərzində mövqelərindən geri çəkiləcək və növbəti nəslin yeni dəbli palitrasına tabe olacaq. 2020-ci ilin yayın ən dəbli çaları neo nanəli (Neo Mint) - eyni zamanda təbii və texnoloji rəngin olacağı gözlənilir. Gucci brendinin payız-qış kolleksiyasının futuristik nümayişində improvizasiya olunmuş "xəstəxana" divarları bu rəngə boyanmışdı. Bu rəngdə soyuqluq ab-havası var, amma unutmayaq ki, 2020-ci il Ridley Scottun "Ülgüc üzərində qaçan" hadisələrindən dərhal sonra başlayır və başqa cür ola bilməz.

6 sentyabrda Dazed Digital moda şöbəsinin başçısı Emma Hope Olvud, WGSN analitik agentliyinin eksperti Jane Boddy və Coloro kontenti üzrə redaktor Joanne Thomas iki ildən sonra Neo-Mint rəngini podiumlarda hansı çalarların müşayiət edəcəyini müzakirə edəcəklər. Əsas beşliyə açıq mavi (Purist Blue), qara qarağat (Cassis), yemiş (Cantaloupe) və tünd-sarı (Mellow Yellow) rəngləri daxildir.