NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

"Eurovision-2017": birinci yarımfinalı

9 may tarixində Kiyev şəhərində, Beynəlxalq Sərgi Mərkəzinin səhnəsində "Eurovision-2017" musiqi müsabiqəsinin birinci yarımfinalı keçirildi.

dihaj-skeletons-eurovision-2017-azerbaijan

"Skeletons" kompozisiyasını ifa edən Azərbaycan təmsilçisi Diana Hacıyeva tamaşaçı səsverməsinə əsasən müsabiqənin bu şənbə, 13 may tarixində Kiyev şəhərində keçiriləcək olan final mərhələsində çıxış edəcək.

18 iştirakçıdan yalnız 10 ifaçı finala bilet qazana bilib. 11 may tarixində keçiriləcək ikinci yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Hollandiya, Macarıstan, Danimarka, İrlandiya, San Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarusiya, Bolqarıstan, Litva, Estoniya və İsraildən olan iştirakçılar çıxış edəcək.

Finalda "Böyük beşlik" ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və müsabiqəyə ev sahibliyi edən ölkə (bu il Ukrayna) iştirak edəcək. Onlar finala səsvermədə iştirak etmədən keçirlər. Bu ölkələrə yarımfinal seçimlərini keçən ölkələr qoşulurlar.

Ukrayna, "Eurovision-2017"-yə ev sahibliyi etmək hüququnu 2016-cı ildə Stokholm şəhərində keçirilən müsabiqədə müğənni Jamalanın "1944" mahnısı ilə qələbəsindən sonra qazandı..

Azərbaycan, "Eurovision" müsabiqəsində 2008-ci ildən etibarən çıxış edir. Ell & Nikki dueti "Running Scared" mahnısı ilə 2011-ci ildə Azərbaycana ilk qələbəsini gətirdi.

Bu il Dihaj müsabiqəyə bəstəkar İsa Məlikovun Sandra Bormanın sözlərinə yazılmış «Skeletons» mahnısını təqdim etdi. Dihajın müsabiqə çıxışının quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti, xoreoqraf Nailə Məmmədzadədir. "Eurovision - 2012"nin fasilə aktları və 2015-ci ildə Avropa Oyunlarının bağlanış mərasimi məhz onun tərəfindən təşkil olunmuşdu.