NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi. Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.

Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu. Təntənəli mərasim bədii hissə ilə davam etdi.