NARGIS
NARGIS MAGAZINE
Bloqlar

Zeynəb Cahan: Robert Duanonun fotolarIndakI uydurulmamIş həyatlar

"Gündəlik həyatın möcüzələri nəfəs kəsicidir. Küçədə sizi gözləyən gözlənilməzliyi yaradacaq bir rejissor yoxdur". Havada ani melanxolik dəyişikliklər öz-özünə məni ağ-qara fotoqrafiyanı öyrənməyə gətirib çıxardı. Nostaljik əhvalın olduğu zaman isə Fransız ustad Robert Duanonun (Robert Doisneau) fotolarında uydurulmamış həyatlar lap yerinə düşür.

unnamed_6

Oxucular yəqin ki, onu 1950-ci ildə Life jurnalının sifarişi ilə çəkilmiş bütün zamanların və xalqların kult və qalmaqallı "Bələdiyyə binasının qarşısında öpüş" fotosu ilə tanıyır. Niyə kult? Ona görə ki, bu Paris həyatının ən tanınmış fotosudur! Sevginin və zərifliyin simvolu, küçə gerçəkliyinin odası. Bu fotonu necə deyərlər "sitatlara ötürdülər" - onu təqvimlərə, fincanlara, əl dəsmallarına və poçt açıqcalarına köçürlər. Parisin özünə hörmət edən hər bir suvenir mağazası sizə bu fotonun gediş-gəliş ünvanlı karton nüsxəsini təqdim edəcək. Qalmaqallı isə ona görədir ki, foto populyarlıq zirvəsinə çatan kimi çox sayda "öpüşən" cütlüklər Duanonun böyük qonorarına iddia etməyə başladılar. Artıq cavan olmayan, amma olduqca məşhur olan Robert məhkəmə prosesini qazanmaq üçün şahid qismində əsl modelləri təqdim edərək etiraf etmək məcburiyyətində qalır. Bu isə guya tamamilə təsadüfən çəkilmiş, səs salmış fotonun qurma olduğu faktının üstünü açdı.

unnamed_1_1

"Əgər sən foto çəkirsənsə, heç nə demə, heç nə yazma, özünü təhlil etmə, heç bir suala cavab vermə". Nə deyim, şəxsən mən Duanonu bir saniyə belə, bir kadr daha az bəyənməkdən əl çəkmədim. 1912-ci ildə Paris yaxınlığında Jantiyi şəhərində anadan olmuş Duano ömrünün sonuna qədər bu şəhərciyin sadiq sakini olaraq qaldı. 1973-cü ildə köçdüyü, Monrujda yerləşən mənzil onun bütün qalan ömrünün mənzili oldu. 1925-ci ildə o, həyatını Parisdəki Ecole Estienne'də oymaçı olaraq qazanmağa başlayır. Talenin qisməti ilə yaxınlıqda foto-atelye açılır. Gənc Robert köməkçi fotoqraf kimi başlayır, tezliklə menecer vəzifəsinə keçir, daha sonra isə istefa edir. Tamamilə fotoya heyran olaraq ilk çəkilişlərini 1929-1930-cu illərdə edir. Bu fotolarda heç insan yox idi, Duano o vaxtlar hələ çox utancaq idi və sadəcə çay daşlarını və kərpicləri çəkirdi, bir də çəpərlərin arasında sıxışıb qalan afişaları...

 img_7731

Onun həyatında mühüm görüş 1931-ci ildə baş tutdu: Duano fotoqraf, həvəskar rəssam və məşhur heykəltəraş Andre Vinonun köməkçisi oldu. İnqlabi nəzəriyyələr insanı olan Vinonun təsiri altında yeni başlamış fotoqraf üçün bütün dünya yenidən açılır, məhz bədii avanqard dünya. Bir il sonra L'excelsior bit bazarında çəkilmiş fotolarının ilk nəşrindən sonra gələn məşhurluq və uğur başlayır. “Mənim xoşbəxt olduğum, insanların mehriban olduğu, həmişə can atdığım xeyirxah hissləri tapa bildiyim dünyanı göstərməyə çalışdım. Mənim fotolarım belə bir dünyanın ola biləcəyinin sübutudur.”

 unnamed_4

Müharibə zamanı Duano material və muza çatışmazlığından az foto çəkirdi, həm də belə vaxtlarda fotoapparatla küçəyə çıxmaq çətin idi. Ancaq Parisin azadlığı onda kameranı yenidən işə salmaq arzusunu oyadır. Bu təsvirlərdə ölü bədənlər yox idi, şiddət isə təbiətin dirçəliş xronikası ilə əvəzlənmişdi. "Paris promouterlərin verdiyi narahatlıq və xəsislik sayəsində muzey-şəhər olmağa risk etmir. Buna baxmayaraq, onların hər şeyi yıxmaq qəzəbləri silahlı polis qüvvələrinin daimi iştirakı olmadan fəaliyyət göstərə bilməyən yaşayış layihələrini qaldırmaq kimi yöndəmsiz cəsarətləri ilə müqayisədə daha az təklükəlidir..." – Duano deyirdi. 

unnamed_2

Artıq tanınmış fotoqraf olan Robert Duano, maraqlı kadrın gözləntisində hansısa bir binanın qarşısında saatlarla və günlərlə dayana bilərdi. Məhz buna görə də onun kadrları Paris haqqında hər hansı bir hekayədən daha çox bəhs edir. O, özünə və Parislilərə, şəhərin şöhrətinə və turistlərə - istehza etmədən, bir az incəliklə gülməyi bacarırdı. Bu cür yalnız onda alınırdı. Axı, o öz məktəbini yarada bilmədi və fotoqrafiyada heç bir sənət istiqamətinə qoşulmadı. 

 unnamed_1

"Mən hələ də niyə foto çəkdiyimi anlamıram. Əgər düşünsək, bu yəqin ki, mənim yox olmaq fikri ilə ümidsizcəsinə mübarizəmdir... Mən bu qaçan zamanı inadla tutmağa çalışıram. Yəqin ki, bu tamamilə dəlilikdir."

O, Paris küçələrin şairi titulunu həmişəlik qoruyub saxlayaraq 1994-cü ilin 1 aprel tarixində vəfat edib.

Zeynəb Cahan