Yeni layihə bu günədək Kritdə hotelçilik sektoruna qoyulan ən böyük investisiya olmaqla yanaşı, ilk kurortun açılışından 10 il sonra Ikos qrupunun Aralıq dənizi qonaqpərvərlik sənayesində lider mövqeyini daha da gücləndirib. Bu müddət ərzində yunan brendi “a la carte all-inclusive” konsepsiyası seqmentində pioner kimi tanınıb.
30 aprel 2026-cı il: Dünyanın aparıcı premium hər şey daxil (all-inclusive) kurort brendlərindən olan Ikos Resorts planlaşdırıldığı kimi bu gün qürurla Ikos Kissamosun açılışını elan edir. Adanın ilk və ən iddialı lüks kurortunun istifadəyə verilməsi artıq böyük maraq yaradıb və fəaliyyətinin ilk günündən etibarən otelin demək olar ki, tam doluluqla işləyəcəyi gözlənilir.
Ikos Kissamos kurortu Xanya regionunda, Kissamos körfəzi sahilində yerləşən 600 metrlik toxunulmamış çimərlik boyunca salınıb. Qum təpələri və yaşıllıqla əhatələnmiş bu məkan qonaqlara həm sakit istirahət, həm də Kritin valehedici təbiətinə tam şəkildə qərq olmaq imkanı vəd edir. Ətraf mühitlə harmonik şəkildə inteqrasiya olunması üçün layihələndirilən yeni kurort 53 akrdan çox ərazini əhatə edir və burada səkkiz fərqli landşaft üslubunda bağlar yaradılıb. Kompleksin memarlığı Kritin mədəni irsinə söykənərək müasir bohem dizaynını Aralıq dənizi üslubunun isti atmosferi ilə birləşdirir. Taxta, daş və təbii parçalar kimi materiallardan istifadə isə məkanın təbii estetikasını daha da vurğulayır. Azmərtəbəli binalar landşaftla düşünülmüş şəkildə vəhdət təşkil edərək daxili harmoniya və rahatlıq hissi yaradan əsl istirahət məkanı formalaşdırır.
Şəbəkənin digər kurortlarında olduğu kimi, burada da unikal “a la carte all-inclusive” konsepsiyası tətbiq olunur. Ikos Kissamosun əsas xüsusiyyətlərindən biri müxtəlif zərif restoran konsepsiyalarından ibarət kolleksiya olacaq. Xüsusilə diqqət çəkən məkanlardan biri Krit mətbəxinə həsr olunan Kriti restoranıdır. Burada ənənəvi ada yeməkləri müasir və incə texnikalarla hazırlanır, menyuda isə yalnız təzə və yerli məhsullardan istifadə olunur.
Qonaqlar Local Discovery proqramı çərçivəsində kurortdan kənarda Kritin ən gözəl guşələrini kəşf edə biləcəklər. Proqrama dəbli MINI Countryman elektromobilinin ödənişsiz icarəsi, yerli muzey və qalereyalara giriş biletləri, eləcə də kurortun komandası tərəfindən seçilmiş adanın ən yaxşı restoranlarından birində nahar imkanı daxildir. Ikos Kissamos-un yaxınlığında yerləşən məşhur Qramvusa adası “pirat adası” kimi tanınan məkan oteldən birbaşa qayıqla əlçatandır. Firuzəyi suları və möhtəşəm günbatımı ilə seçilən Falasarna çimərliyi, həmçinin təsirli sahil mənzərəsini tamamlayan Balos laqunası da xüsusi diqqətə layiqdir. Həm Falasarna, həm də Balos Tripadvisor Travellers’ Choice Best of the Best Awards 2026 reytinqində “Dünyanın ən yaxşı 10 çimərliyi” siyahısına daxil edilib.
Daha uzaqda yerləşən Elafonissi və Kedrodasos çimərlikləri qumlu təpələri və zümrüd rəngli suları ilə nadir təbii gözəlliyi əks etdirir. Kurortun qonaqları Xanyanın Köhnə Şəhərini, böyük arxeoloji muzeyi və Kissamos limanını ziyarət edərək regionun məşhur mətbəxi ilə tanış ola biləcəklər. Yeni macəralar axtaranlar üçün Qərbi Krit Samariya dərəsi və Preveli çimərliyi kimi simvolik təbiət məkanlarını təqdim edir. Burada palma meşəsi, çay və dəniz birləşərək unikal ekosistem yaradır.
Şəbəkənin digər kurortları kimi, Ikos Kissamos da Ikos-un dayanıqlı inkişaf və ekoloji standartlarına tam uyğun fəaliyyət göstərir. Bu prinsiplərə birdəfəlik plastikdən imtina, tullantıların poliqonlara göndərilməsinin sıfıra endirilməsi, suyun 100% təkrar istifadəsi, üzvi tullantıların kompostlaşdırılması və 2030-cu ilə qədər karbon emissiyalarının sıfıra endirilməsi planı daxildir. Bundan əlavə, kurort artıq LEED Gold sertifikatını əldə edib ki, bu da ərazidəki bütün tikililərin “yaşıl tikinti” prinsiplərinə uyğun olduğunu təsdiqləyir. Ikos-un kompleks dayanıqlı inkişaf ekosistemi yerli biomüxtəlifliyi qorumağı və uzunmüddətli perspektivdə turizmin ətraf mühitə yalnız müsbət təsir göstərməsini hədəfləyir.
Kurortun Kritlə sıx əlaqəsi yerli istehsalçılar və sənətkarlarla qurulan tərəfdaşlıqlarda da öz əksini tapır regional ərzaq tədarükçülərindən tutmuş peşəkar ustalara qədər. Kurort restoranlarında istifadə olunan məhsulların 70%-dən çoxu adanın müxtəlif bölgələrindən gətirilir. Mövsümi məhsullara, ənənəvi hazırlanma üsullarına və illərlə formalaşmış kulinariya təcrübəsinə xüsusi önəm verilir ki, hər bir qonaq bu unikal məkanın ruhunu hiss edə bilsin.
Rahat lüksü ən yüksək all-inclusive standartları ilə birləşdirən Ikos Kissamos qonaqları Kissamos körfəzinin mənzərəli sahilində qarşılamaqdan məmnunluq duyur.
Ikos Kissamos haqqında daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://ikosresorts.com/resorts/ikos-kissamos/


