NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB CAHAN: NOVRUZ BAYRAMI

Oxuyucuya bugünkü müraciətim - ən sevdiyim müraciətlərdən biridir! Axı biz hər kəs tərəfindən sevilən, işıqlı, mənəvi, səmimiyyət və mehribançılıq dolu bir bayramı - Novruzu paylaşırıq!

Novruzu araşdırma hekayəmin nədən başladığını xatırlamaq çətindir - özümü tanıdığım andan mart ayı məndə ən müsbət emosiyalar oyadıb. Uşaqlıqda biz tonqal ətrafında toplaşmağımıza və qonşulara papaq atmağımıza görə çox sevinirdik. Bu gün isə mən nəinki paxlava bişirib, ailə süfrəsinə hazırlaşıram, həm də bu bayramın akademik, tarixi əsasını öyrənmək istəyirəm. 

Novruz, artıq dediyim kimi, ən çox "Yeni Gün" kimi tərcümə olunur və nə vaxtsa zərdüştlüklə bağlı olan bütün ölkələrdə və bütün xalqlar tərəfindən qeyd olunur. Hər halda, qeyd olunmalıdır. Mən də bu cür mühafizəkar pozisiyanı məhz Novruzun yaranmasının miqyası və mənəvi böyüklüyünü bildikdən sonra tutdum. Bütün bu adətlər bizi təbiətə yönləndirir və onu sevməyə, hörmət etməyə çağırır. Hətta dörd çərşənbə axşamının simvolikası şübhəsiz ki, kainatın dörd elementindən irəli gəlir - Su, Od, Torpaq, Yel. Yer üzündəki hər bir insanın Ana Təbiətə borclu olduğundan, mənə elə gəlir ki, bu bayramın köklərinin dərinliklərinə nəzər salsaq onu yalnız Türk və İran xalqları ilə deyil, bütün planetdə qeyd etmək olar.

Dörd ünsür - bu yalnız bir başlanğıcdır. Ən maraqlısı odur ki, Novruz hər kəsə bütün mövcudluğu ilə "həyat" və onun yaradılışını bəxş edir. Bütün evlərdəki süfrələrdə əsas qəhrəman kimdir? Səməni! Çünki toxum, yerə düşərək cücərəcək, sabah isə hər kəsi yedirəcək. Deyirlər ki, hətta uzaq keçmişdə (yəni minlərlə il bundan əvvəl) Novruz öz mənşəyini şumerlərdən alaraq "Əkidu" adlanırdı, "əkmək" sözü elə buradan irəli gəlir. İkinci həyat simvolu isə - yumurtadır! Yaradıcılıq coşqusu ilə mümkün olduğu qədər bəzədiyimiz yumurtalar nəinki süfrələrimizi dekorativ olaraq süsləyir, həm də doğum mənasını daşıyır. "Biri cücərir, o birisi həyat verir" - cümləsini demək olar ki, Novruz sirlərini öyrənmək üçün ziyarət etdiyim bütün nənələrdən eşitmişəm.

Sizə nəql etmək istədiyim iki əsas şey - onlar haqqında mübahisə etməyə gərək yoxdur, hər şey şəhərdən şəhərə, hətta Azərbaycanın bir bölgəsindən digərinə dəyişir. Axı ənənələrin mənşəyi ilə bağlı müzakirələrdə demək olar ki, vətəndaş müharibələrinə rast gəlmişəm! Nə qədər ailə - o qədər də ənənə! Pis niyyəti özünə çəkməmək üçün Novruz bayramı ayı ərzində küsmək və pis söz söyləmək olmaz adəti - mənim ən sevdiyimdir! Havalar bahar əhval-ruhiyyəsi verməsə də, hər kəsi təsəlli etməyə tələsirəm. Rəsmi olaraq, bahar bütün şənliklər bitdikdən sonra qüvvəyə minəcək! Novruzun gəlişi baharın - yeni ilin və yeni bir başlanğıcın gəlişidir!

 

 Zeynəb Cahan