NARGIS MAGAZINE
Bloqlar

HER STORY: MƏRYƏM BAYRAMƏLIBƏYOVА

Teymur Bayraməlibəyov - "Azərbaycan xalqına yardım" istəyi ilə Türkiyəyə elçi olaraq göndərilən folklorçu, mədəniyyət xadimi, ziyalı-maarifçidir. 1918-ci il, ermənilərin silahlı kütləvi talanı və qətli - vəziyyət ağırdır. Amma yardım yetişdi. Əhməd Camal Paşanın ordusu Lənkəranda erməni azğınlıqlarını durdurdu. Amma hər şeydən əlavə Teymur bəy - üç qız atasıdır.

Elə bu il (bəzi mənbələrdə 1917/1919-cu illərdə) onun böyük qızı tam olaraq evdə yerləşən oğlan məktəbinin yaxınlığında qızlar üçün məktəb açır. Çünki qızlara bu binaya daxil olmağa icazə verilməyəcəkdi. Amma yenə də o - hər kəsin hörmət etdiyi bir insanın qızı bütün qapıları döyərək qızlara məktəbə getməyə icazə diləndi. 

Bütün bu sətirlər Teymur Bayraməlibəyovun böyük qızı - Məryəmə həsr olunub.

Məryəm Bayraməlibəyova 1898-ci ildə anadan olub və atası, bədii əsərlərin rus dilindən tərcüməçisi olan anası Şirin xanımla birlikdə onu və digər uşaqlarını kitablarla əhatə edərək və ən müxtəlif dillərdən ifadələri öyrədərək maarifçilik ruhunda böyüdürlər. Məryəm rus, fars və ərəbcə danışırdı, Quran oxuyurdu. 8 yaşında o, Hacı Zeynalabdin Tağıyevin açdığı qızlar üçün Bakı Müsəlman məktəbinə gedir. Bütün imtahanları "əla" qiymətlərlə bitirərək o, "Müqəddəs Nina" məktəbina daxil olur. Buradan da, qızıl medal alaraq Moskva Tibb İnstitutuna yollanır. Yeri gəlmişkən, ödənişi dəfələrlə bu cür xeyriyyəçilikləri edən Murtuza Muxtarov üzərinə götürür. Təəssüf ki, Oktyabr inqilabı gənc qızın bütün planlarını alt-üst edir və geri qayıtmağa məcbur olur. Xeyr, o, öz məqsədinə nail olacaq. 1931-ci ildə BDU-nun hüquq fakültəsini təccüblü deyil ki, yenə də qırmızı diplomla bitirəcək və hətta aspiranturaya daxil olacaq. 

Beləliklə, məktəbə 8-9 qızı çətinliklə cəlb edərək Məryəm xanım - məktəbin yeganə müəllimi dərslərə başlayır. O, dərsləri rus dilində keçirdi. Elə görünürdü ki, əsas problemlər geridə qaldı, lakin müsibət tək gəlmir: bütün qızlar yoxsul ailələrdən idi, onların nəinki geyim almağa pulları yox idi, hətta bir çoxları yarıac-yarıtox gəzirdi. O zaman Lənkəranda yoxsul ailələrə və yetim uşaqlara yardım məqsədilə komitə təşkil olunmuşdu. Bu komitənin yardımı ilə yoxsul ailələrdən olan qızlar təhsil almağa başladılar.  

Tezliklə isə - otaqda yer çatmamağa başladı …

Opera müğənnisi, Azərbaycanın xalq artisti Həqiqət Rzayeva bu məktəbdə təhsilini belə xatırlayırdı: «Lənkəranda cahillik hökm sürürdü, qız uşaqlarını məktəbə göndərmək böyük günah sayılırdı və qonşuların təsiri ilə ögey atam mənə oxumağı qadağan etdi. Yaxşı yadımdadır, bir gün məktəbdən gəldiyimdə mən dərslərimi edirdim, ögey atam isə önümdə kitabların və dəftərlərin olduğunu gördüyündə qəzəbləndi. Hər şeyi cırıq-cırıq etdi və məni döyməyə başladı. Yazıq anam məni qorumaq üçün özünü sipər etdi. Ögey atam onu döydü və sonda mənə dedi: "Bir daha səni məktəbə gedən görsəm, Allah haqqı öldürəcəyəm". Bu hadisədən sonra bir neçə gün məktəbə getmədim. Sonra ağlayaraq hər şeyi müəllimim Məryəm xanım Bayraməlibəyovaya danışdım. O, məni sakitləşdirdi, təzə kitablar və dəftərlər verdi və valideynlərimlə danışacağına dair söz verdi. Məktəbdə tamaşalardan səhnələr qoyulurdu, toplanmış vəsaitlərlə isə məktəb ləvazimatları və yetim uşaqlar üçün forma alınırdı».

Azərbaycanın xalq artisti Həqiqət Rzayeva

Elə Məryəm xanımın rəhbərliyi altında keçirilən dramatik, xor və musiqi dərnəklərinin sayəsində Azərbaycan Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Cahan Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad Talışinskaya, Xanımcan Kərimova, Bacıxanım Axundova, Taci Zeynalova, Qönçə Axundova, Aliyə Qurbanova, Sərvər Sakayeva və sair kimi adlar qazanıb.

Tale onu yenə Moskvaya aparacaq: 12 yanvar 1925-ci ildə Məryəm Bayraməlibəyova Azərbaycan nümayəndə heyətini SSSR Müəllimlərinin I Ümumittifaq qurultayında təmsil edir. Onun davranışı, əxlaqı və mükəmməl rus dili biliyi hər kəsdə o qədər gözəl təəssürat yaradır ki, xalq maarifləndirmə komissarlığı ondan bu soyuq ölkədə qalmağı xahiş edir. "İndi daha çox Vətənimdə mənə ehtiyac var" - cavab olaraq səslənir. Lakin qəhrəmanımız sadəcə məktəb və xeyriyyəçilik cəmiyyəti ilə kifayətlənmir.

Bir qədər usandıraraq, xatırlayaq ki, bu dönəm bütün parametrlərə görə çətin bir dövr idi.  Xüsusilə Lənkəranda Denikinin hökmranlığı sürürdü. Bu problemlə əlaqədar olaraq, qədim nəslin parlaq təhsilli nümayəndəsi hələ ki general-qubernator olan - Cavad bəy Məlikyeqanov cənuba gəlir. O, gələcəkdə Müvəqqəti Milli Şurada işçilərin adından Azərbaycanın müstəqilliyi barədə Akta imza atacaq. Cavad bəy Məryəm xanıma nəinki dost, həm də həyat yoldaşı və uşaqlarının atası olacaq. Həyat təəssüf ki, ona qarşı ədalətsiz davranacaq. Bütün çətinlikləri isə Məryəm xanımla birlikdə paylaşmaq məcburiyyətində qalacaq. 

Həmin o imza faciəli olacaq: sovet hakimiyyəti belə səhvləri bağışlamır. Onu tam 10 il müddətinə Kareliyadan tutmuş Solovkaya qədər olan islahedici düşərgələrə sürgün edirlər. Bu düşərgələrin necə olduğunu deməyə ehtiyac yoxdur. O, elə oradaca, Ayı dağlarında gözlərini əbədi olaraq yumacaq.

Məryəm xanım eyni çətinliklərdən qaça bilsəydi hekayəmiz doğru olmazdı. "Xalq düşməninin həyat yoldaşı" - vurulan damğa, müsavatçılarla "aktiv" əlbirliyi kimi havadan ittihamlar, şəxsi mənzilində həbs, Bayıl həbsxanası, repressiyalar, savadı sayəsində ağır işdən xilas olub mühasibatlıq işlərini gördüyü 20 illik düşərgə həyatı, görmə qabiliyyətinin itkisi, əlillik.

Amma sağ qalmağı bacardıqdan və evə qayıtdıqdan sonra o bəraət qazana biləcək. Heç bir şey geri qaytara bilməyən adi təsəlli. 50-ci illərin ortalarında Məryəm xanım, bir ildən sonra isə Cavad bəy bəraət qazanırlar.

Onların üç qızı vardı: Azera və Taliyə həkim olacaqlar, Asiman isə - iqtisadçı. Məryəm xanımın tərcüməsi sayəsində rus dilli oxucu Vaqif, Vidadi, Səməd Vurğun, Süleyman Rüstəm kimi Azərbaycanlı şairlərinin əsərləri ilə tanış ola bildi.

Mətn: Arzu Cahid