NARGIS
NARGIS MAGAZINE
Simalar

REDAKTORUN SÖZÜ: MART

Daima hərəkətdə olmaq, zamanla ayaqlaşmaq üçün yəqin ki, əzm və məqsəd kifayət deyil. Əsas elementlərdən biri - ilhamdır! Onsuz nəinki yaratmaq, ümumiyyətlə səhər durmaq belə çətindir. Biz də Nargis jurnalının mart sayını bu sehrli ruh halına - möcüzələr yaradıb və çox çətin işin öhdəsindən gələn ruh halına həsr etməyə qərar verdik.

Düşünürəm ki, hər kəsin öz - ilhamlandıran, qanadlandıran və güc verən sirləri var.

Sizin ilhamınızın sirri nədədir? Məndən başlayaq. Budur, mənim cavablarım:

1. Məni özünün ibtidai vəhşiliyi ilə, bununla yanaşı özünü qoruyub saxlaya bilən və ətraf mühitə göstərdiyi hörməti ilə Seyşel adaları çox ilhamlandırmışdı. Orada təbiət instinktləri şəhər mühitində böyüyən insanların qaydaları ilə çox gözəl uyğunlaşır. Öz qüdrəti ilə sanki bizi dinozavr dövrünə aparan nəhəng tısbağaları yalnız burada görmək olar. Ağ qum, şəffaf dəniz, yaşıllıq və sanki kiminsə əli ilə kəsilən qayalar... Bu,  ovsunlayıcı yer tez-tez yuxuma girir. Və Nargis üçün hansısa bir yaradıcı layihə düşünmək lazım gəldikdə mən xəyalən ora gedirəm.

2. Musiqi ilə əlbəttə ki, daha çətindir, çünki hər şey əhvaldan asılıdır. Musiqidə seçici deyiləm: həm klassikanı, həm caz, həm pop musiqisini sevirəm, hətta Backstreet Boys və ya Ace of Base qruplarının mahnılarını da dinləyə bilərəm! Mənim üçün "pis" və "yaxşı" anlayışları yoxdur, yalnız indi bəyəndiyim önəmlidir. Dəbli, gözəl və ya ağıllı olması vacib deyil...

3. Sevdiyim şeirlər əlbəttə ki, olduqca çoxdur. Amma dərin mənanın sadə sözlərlə ifadə edilməsini xüsusilə sevirəm. İndi ağlıma gələn şeirdə olduğu kimi:

Среди миров, в мерцании светил
Одной Звезды я повторяю имя...
Не потому, чтоб я Ее любил,
А потому, что я томлюсь с другими.

И если мне сомненье тяжело,
Я у Нее одной ищу ответа,
Не потому, что от Нее светло,
А потому, что с Ней не надо света.

                                                    (İnnokentiy Annenskiy)

4. Sevdiyim cümlə: "Həmişə ilk dəfə olur". Bu real hadisələr əsasında çəkilən çox dərin və güclü "Yatanlar" filmindəndir. Film sağ qalmağı və ümid etməyi öyrədir, hətta tunelin sonunda işıq görünməsə belə...

5. Məni ruhlandıran hadisələrdən biri haqqında susacağam. Bu çox şəxsidir və qorxuram ki, əgər bu barədə danışsam, ilham bir daha gəlməz. Buna görə də, xəsiscə davranıb bunu sirr olaraq saxlayacağam.

6. Matissi çox sevirəm! Onun, dünyada möcüzənin olduğuna və yaxşılığın pisliyə qalib gəldiyinə inandıran bütün əsərləri məni ovsunlayır. Bu inama görə ona təşəkkür edirəm!

7. Məni ilhamlandıran və hər gün tərbiyələndirən insan... yox, balaca insanlar - mənim uşaqlarımdır! Onlara görə Allaha şükürlər olsun!

P.S. Və sonda bir etiraf daha. Mənim üçün ən güclü ilham mənbələrindən biri - sizsiniz, mənim oxucularım və Instagram abunəçilərim, mənimlə və işimlə maraqlananlar. Bu çox xoşdur...

Sizə təşəkkür edirəm! Biz insanlar dərk etməliyik ki - bəlkə indi, bəlkə yüz, ya da min il keçsə də - həqiqət var və bu həqiqət ondan ibarətdir ki, insan başqa bir insansız var ola bilməz.

Üzük və və sırğalar PASQUALE BRUNI, Bon Ton kolleksiyası
ROYAL COLLECTION BUTİKİ