NARGIS
NARGIS MAGAZINE
İNCƏSƏNƏT

ƏN ÇOX GÖZLƏNİLƏN BEŞ SERİAL

Bu seçməmizə НВО-nun "Taxt oyunları" süjeti əsasında bir çox yeni televiziya layihələri, internetdə yenidən birləşəcəkləri barədə şayiələrin yayıldığı "Dostlar" serialının yeni epizodları və yaradıcılarının da baş tutacağına inanmadığı "Şerlok" serialının beşinci mövsümü daxil deyil. Biz artıq hazırlıq ərəfəsində olan 2020 və 2021-ci illərin ən çox gözlənilən beş teleserialını təqdim edirik. Bəziləri tezliklə yayımlanacaq.  

 

«Üzüklərin hökmdarı»

Amazon bütün gələn ili «Üzüklərin hökmdarı» serialının ilk mövsümünün çəkilişlərinə həsr edəcək. Bütün təfərrüatlar hələ ki gizli saxlanılır, sadəcə süjet Araqorn haqqında hekayə ilə başlayacağı bəllidir, çəkilişlər Yeni Zelandiyada keçirilir və toplam ən azı beş mövsüm çəkiləcək. Orta dünya tarixi və coğrafiyası ilə bağlı bütün tədqiqatları daxil olmaqla Tolkin irsinə daxil olmaq üçün Amazon təxminən 200-250 milyon dollar ödəmişdir. Buraya çəkiliş xərclərini əlavə edin – və tarixin ən bahalı teleseriyalarını əldə edəcəksiniz. Premyera 2021-ci ildə gözlənilir.

 

«Ulduz yolu: Kapitan Pikar»

23 yanvar 2020-ci ildə CBS kanalında kapitan Jan-Lük Pikar və onun yeni sərgüzəştləri haqqında yeni bir serial yayımlayacaq. Süjet xəttinə görə «Ulduz yolu: Cəza» filminin hadisələrindən 20 il ötür. Baş rolu əvəzolunmaz Patrik Stüart oynayacaq.

 

«Şantaram»

Avstraliya həbsxanasından Hindistana qaçan adam haqqında 860 səhifəlik bir bestselleri baş rolda Conni Depp olmaqla bədii filmə çevirməyə hazırlaşırdılar, lakin çəkilişlər həmişə təxirə salınırdı, Warner şirkəti isə ildən ilə ekranlaşdırmaq hüququnu uzadırdı. Nəhayət, bu ilin oktyabr ayında Avstraliyada çoxdan gözlənilən filmin çəkilişləri başlandı. «Şantaram» 10 bölümdən ibarət olacaq, baş rolu Çarli Hannem ifa edəcək, prosesə isə "Qatilin kredosu" filminin rejisoru Castin Kurzel başçılıq edir. Premyeranı Apple TV+ mobil əlavəsində gözləyirik.

 

«Doktor Kim»

Elmi fantastika klassikası ekranlara 12-ci dəfə çıxır. Məlumdur ki, yeni mövsüm 10 bölümdən ibarət olacaq və bu bölümlərdə komediya aktyoru Stiven Fray iştirak edəcək.

 

“Vikinqlər” 

Bu ilin dekabrında Raqnar Lodbrok və onun oğulları haqqında saqanın altıncı, sonuncu sezonu ekranlara çıxacaq. Bu sezonda Danila Kozlovskinin oynacağı Gələcəyi görən Oleq meydana çıxacaq.