NARGIS MAGAZINE
Həyat tərzi

Dolça

Dolça - ən parlaq ifadə edilmiş hava bürcüdür. Dolça təbiətcə dəyişkəndir, lakin dəyişikliyi xoşlamır, həmişə ziddiyyətlərlə doludur. Gündəlik hadisələrdən və darıxdırıcı vəzifələrdən zəhləsi gedir. Müstəqillik - fəaliyyətinin əsas şərtidir. Dolça bürcünün əsas ümumi xüsusiyyətlərini və bu bürc altında doğulan məşhurları araşdırırıq.

Dolça bürcü altında doğulmuş insanlar daha çox xarici soyuqqanlıqlarının arxasında gizlədikləri həssaslıq və tez təsirlənmələri ilə fərqlənirlər. Onlar bir çox tanışları tərəfindən əhatə oluna bilərlər, lakin nadir hallarda etibar edə bildikləri yaxın dostları olur. Dolçalar maqnit kimi ehtiyatsız hərəkətlərə meylli olan qərarsız insanları özlərinə çəkirlər.

 

Dolçalar ümumiyyətlə dostcanlıdırlar, hətta bəzən zəhlə tökənədək. Tez-tez yaxınları, həm də xüsusilə insanlarla münasibətdə nəzakətdən məhrumdurlar.

Dolçaları həqiqətən hər şeyi bilmək həvəsi və həyatın hər bir aspekti ilə maraqlanmaq qabiliyyəti fərqləndirir. Bu, həmişə fikrini bir şeyə cəmləşdirməyə mane olur.

Kişi-Dolçalar adətən dünyaya olan romantik baxışlarını realizmlə birləşdirməyə müvəffəq olurlar. Onlara maariflənməyə açıq, həvəslə hər şeylə maraqlanandırlar.

Qadın-Dolçalar xarici cəlbediciliyi ilə fərqlənirlər və bunu hər cür vurğulamaqdan qorxmurlar. Öz partnyoruna və övladlarına gözəl yoldaşdırlar, lakin tez-tez yalnız özlərinə ayrılan vaxta və ailəsindən kənar tanışlıqlara, əyləncəyə ehtiyacları var. Həyat seçimlərində çox vaxt inadkarlığı və başqalarından fərqli olma istəyini rəhbər tuturlar.