NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

MƏNİM HƏR ŞEYİM VAR VƏ HEÇ NƏYİM YOXDUR...

Mənim hər şeyim var və həmişəlik mənə aid ola biləcək heç nəyim yoxdur

 

Bəzək əşyaları TIFFANY & C, Paperflowers kolleksiyası

«Hər şeyə sahib olmaq istəyirəm, bu isə heç bir şeyə sahib olmamaq deməkdir».

Erix Mariya Remark

Maqnetizm... maqnetizm... bu sözü eşitdiyinizdə nə hiss edirsiniz, kimin haqqında düşünürsünüz? Bu keyfiyyətə sahib olan insanlara sanki xüsusi vergi verilib – bu insanların energetikası digər insanları cəlb etməyə, onların düşüncəsinə və davranışlarına təsir etməyə, hətta onları idarə etməyə qadirdir. Əlbəttə ki, bütün insanlar bu keyfiyyətə bərabər şəkildə sahib deyillər. Lakin hər birimiz müəyyən xarizmaya malikik. Bu isə o deməkdir ki, maqnetizmi də intellekt və iradə gücü kimi özündə inkişaf etdirmək mümkündür. Qeyd etmək istəyirəm ki, bununla biz düşüncə gücümüzü artırırıq. Axı insan istəsə mümkün olmayanı belə əldə edə bilər! Bəs özündə şəxsi maqnetizmi necə inkişaf etdirmək lazımdır? Bunun üçün daima böyüməlisən, hər gün, hər saat inkişaf etməlisən. Başqalarını və ilk növbədə özünü bağışlamağı öyrənməlisən, yəni həm özünüzlə, həm də sizi əhatə edən insanlarla harmoniyada olmağa çalışmalısan. Harmonik insanlar mütləq (demək olar ki, avtomatik) başqa insanları dərk etmədən cəlb edirlər: öz güvənini onun yaxınında olan insana ötürür və insanlar da dərk etmədən onları dinləyirlər. Ətrafdakı insanları deyil, özünüzü təhlil edin – qonşunun xarakterinin necə olduğunun sizə heç bir dəxli yoxdur. Başqa şey vacibdir: baş verənlərə necə reaksiya verirsiniz (ya da reaksiya vermirsiniz). Özünüzü müşahidə edin və ilk növbədə özünüzü anlamağa çalışın, özünüzü dinləyin. Öz maqnetizminizi, enerjinizi gücləndirmək üçün vacib olan bir neçə digər əhəmiyyətli məqamlar var. Birincisi öz şəxsi maqnetizmini artırmaq, ruhunu gücləndirmək və psixiki gücünü inkişaf etdirmək istəyən hər bir kəs tənhalıq... təcrübəsini yaşamalıdır. Bu, bir növ sizə təsir etməyi bacaran insanlardan "detoks" vasitəsidir.

İkincisi – qorxmamaq. Qorxumuzdan qurtulmaq üçün isə hər bir şeydə Ali qüvvəyə güvənməliyik, bu mövzuda bizdən çox az şeyin asılı olduğu faktını (bu isə həqiqətən faktdır!) başa düşməli və qəbul etməliyik. Üçüncüsü – buludlarda uçmamalıyıq, "bu dünyanın" insanı olmağa çalışmalıyıq, həmişə ümumi səhnəni görməyi bacarmalıyıq. Bəziləri üçün bu, ən asan olan görünəcək. Ancaq inanın, mənim vəziyyətimdə bu ən çətin vəzifələrdən biridir. Təhlil etməyi bacarmalıyıq, vəziyyətə fərqli gözlərlə və fərqli mövqelərdən baxmağı bacarmalıyıq. Ən əsası isə – başqa bir insanın mövqeyini hiss edib anlamalıyıq, onun sizin kimi böyük bir enerji yığınına sahib və onu mühakimə etməyə haqqınızın olmadığı bir insan olduğunu dərk etməliyik. Beləliklə, emosional zəkanızı inkişaf etdirəcəksiniz, düşüncəniz daha çevik olacaq, özünüz isə daha müdrik olacaqsınız. Və öz müdrikliyinizi durmadan təkrarlamağa ehtiyac yoxdur: özünüzün və "mən"liyiniz üzərinizdə apardığınız belə bir işdən sonra insanlar özləri sizə tərəf can atacaq, hətta siz sussanız belə.

Ülviyyə Mahmudova,

baş redaktor