NARGIS MAGAZINE
Simalar

Ucal

O, alatoranlığı sevmirdi. İşığın sönən vaxtı onunla nə isə baş verirdi, sanki həyəcan siqnalı işə düşürdü. Gecə ilə isə qarşıdakı şəfəqdən aramlıq və sevinc gəlirdi. O, gecəni sevirdi və yeni səhərin intizarı ilə oyaq qalırdı.

scan_2016060618225200

Я, пожалуй, обниму как книжку

Время – свою утреннюю сказку,

Страшную и добрую, но слишком

Дорогую за придуманные краски.

Deyirlər ki, o yaşamırdı, yanırdı. Ətrafdakı hər şeyi işıqlandıraraq, özünü yandıraraq. Ucal cəmi 44 il yaşadı. Sanki incəsənətdə həyatı, həyatda isə incəsənəti dərk edərək istiqamətləndiyi dəyəri yaratmağa macal tapmağa tələsirdi. Hər günü də rəsm əsəri kimi, onu təmiz kətandan başlayaraq yaşayırdı. Hər yeni rəsm əsərində intuitiv, kortəbii irəliləyərək, o heç vaxt heç nə planlaşdırmırdı, qarşıdakı hər anı, görüşü və ya ayrılığı ilahi nemət kimi qəbul edirdi.

Из чего-то там воздушного,

Из желания простодушного,

Из мечты одной радужной

Строю себе день завтрашний.

...и ведь хочется, чтобы был он взаправдашний...

scan_2016060618222000

Bəs sonsuz improvizə və nizamsız həyat tərzi arxasında nə gizlənirdi?

– Hər əsərdə yoxlanılmış, dəqiq düşünülmüş konsepsiya, – rejissor, rəssam Tərlan Qorçu xatırlayır. – O zaman rəhbərlik etdiyim Uşaq fondu 90-cı illərin əvvəlində “Dünya xalqlarının nağılları” silsiləsindən ilk 6 kitabı ərsəyə gətirdi. Bundan sonra biz Ucalla daim əməkdaşlıq edirdik. Onun yaratdıqları yalnız təsvir deyildi: burada mədəniyyət də var – dünya ədəbiyyatı, kostyumlar, təsviri incəsənət tarixindən biliklər... Mənə elə gəlir ki, onun qüdrətli intellekti kitab rəsmlərində xüsusilə təzahür etdi. Bir qrafik vərəqdə bütöv tamaşa yaratmaq çox çətindi, silsilə isə belə imkanı yaradırdı. Nağıl üçün çəkdiyi hətta ən kiçik şəkildən o, bütün nağılın holoqramdakı kimi əks olunduğu “mini-tamaşa” yaradırdı – giriş, hadisələrin inkişafı, kulminasiya və sonluqla.

Нарисуй меня на листе,

На его одиночестве белом.

Нарисуй меня на воде,

На моем отражении белом.

Maraqlıdır ki, Ucalın anadan olduğu nağılın uzun müddət adı olmayıb. İlk iki ay o, adsız böyüyüb: valideynlər heç cür heç bir varianta üstünlük verə bilməyiblər. Hətta Nikita adı nəzərdən keçirilib – Xruşovun zamanı idi axı… Axır ki, o gün gəldi və ailə başçısı, rəssam Həsən Haqverdiyev dostları – rəssam Səttar Bəhlulzadəni və yazıçı Mikayıl Rzaquliyevi – nəhayət bu məsələni həll etmək üçün bir araya gətirdi. Ailə rəvayətinə əsasən, mübahisə zamanı birdən Səttarın ağlına gözəl fikir gəldi, o hətta kreslodan tullandı və dedi: “Evrika! Biz ona Ucal adı verəcəyik!” Bu adı ata dərhal bəyəndi. Beləcə, Azərbaycanda ilk dəfə bu ad peyda oldu. Ucalın anası, həkim-pediatr Vera İvanovna, əslən Rusiyadan idi, ona tanış olmayan adı tələffüz etməkdə çətinlik çəkirdi, buna görə də ilk zamanlar övladını sadəcə “oğlum” və ya “peykim” deyə çağırırdı. Valideynləri dünyalarını dəyişəndə Ucalın 22 yaşı var idi, lakin yaddaşında o tez-tez anasının “peykim” müraciətini və bu sözdən irəli gələn nə isə parlaq, yüksəklikdə uçan uşaqlıq xatirələrini canlandırırdı...

А Вам я Небо напишу

И званый бал цветов и листьев,

И свечи звезд не погашу –

Ведь в сказке нужен свет их истин...

scan_2016060618214700bw

Təsviri incəsənət Ucalın həyatına dünyaya gəldiyi zamandan daxil oldu – çoxuşaqlı Haqverdiyev ailəsində onun bütün böyük bacı və qardaşları rəsm çəkirdi. Lakin ən kiçiklərinin bir də poetik istedadı da üzə çıxdı. Artıq 4 yaşında o şeir oxuyur və söyləyirdi, daha sonra isə, gənc yaşlarında, özü də yazmağa başladı. O andan etibarən poeziya onu özünüaxtarış səyahətlərində müşaiyət edəcək. Bu gün Ucalın şeirlərini oxuyarkən onun necə sərt həyat məktəbi keçdiyini təsəvvür etmək çətindir. Şeirlərində Ucal həmişə adilikdən, dünyəvilikdən yüksəyə qalxırdı.

000008

Сбор винограда, 2000

– Səkkizinci sinifdən sonra biz hamımız incəsənət peşə məktəbinə daxil olurduq. Bu bizim ailədə ənənə idi... Ucal peşə məktəbində oxuyurdu! – böyük qardaş, heykəltaraş Hüseyn Haqverdi təbəssümünü gizlətmir. – Bizim Rəssamlar evinin həyətindən sonra, – burada hər kəs Kamal Əhmədin, Rasim Babayevin, Murad Əşrəfin, Sənan Qurbanovun necə çalışdıqlarını saatlarla izləyə, onlarla söhbət edə və məsləhətləşə, beləliklə də rəsm məktəbinin klassiklərindən akademik təhsil ala bilərdi, - peşə məktəbi sadəcə uşaq bağçası təsəvvürü bağışlayırdı.

Onun pedaqoji institutda təhsili də eyni ilə mənasız görünürdü: Ucal öz universitetini kitabları oxuyaraq, musiqi dinləyərək, ustadlarla ünsiyyət quraraq əldə edirdi. Atamızın vəfatından sonra onun üçün onlardan biri Kamal Əhməd oldu, bu gün Azərbaycan incəsənətinin klassiki, uzaq 70-ci illərdə isə - rəssamlıq dissidenti, andeqraund rəssamı. Məhz orada, onların qonşuluqda çalışdıqları zirzəmi emalatxanalarında dərketmə mərasimi baş verirdi.

000003
Натюрморт, 2001

– O, ona istiqamət verdi, onun təməlini qoydu, konstruksiyasını yaratdı. Bəlkə də Ucalın güclü, müqavimət göstərməyə qadir şəxsiyyəti elə o zaman formalaşdı, – həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva söz açır. – Bir çoxları Kamalı anlamır və qəbul etmirdilər, – o çox ciddi və sərt idi. Onun sözlərini xatırlayıram: “Sən işıq saçmasan, mən işıq saçmasam, biz işıq saçmasaq, zülməti kim dağıdacaq?”.

Bu onun şüarı idi və ətrafındakılara da bu qaydaları təlqin edirdi... Xüsusi olaraq heç nə söyləmir, öyrətmirdi, sadəcə daxil olaraq Yeseninin şeirlərini oxuya bilərdi. Kamal bütöv bir nəsil rəssamlara təsir göstərib. O zaman hamı onun kitablarını oxuyur, şeirlər cildləri ilə gəzirdi, o cümlədən Ucal da. O, müqavimətdə, varlığa güc tətbiq etməklə yaşamağa məcbur edirdi...

000006

Портрет - 1992

Уже якорь стукнул о дно заводи.

Опускают шлюпку с полосой красною.

Одного никто не знал загодя:

Путешествие насколько опасное?

А оно оказалось сверхсрочное,

За одной войной – война новая,

Корабельный бунт и все прочее,

И, конечно же, любовь бестолковая...

70-ci illərin sonlarından Ucal Haqverdiyev peşəkar rəssam fəaliyyətinə başlayır. Tez-tez ac boşluqlarla müşaiyət olunan çətin yol. Hərçənd, o zaman üçün bu adi hal idi – rəsm və ya şəkillərə dövlət sifarişləri arasında bir təhər gününü keçirən əksər rəssamlar belə yaşayırdı.

Ucalın rəsmlərinin ilk ciddi alışı yenidənqurma illərinə təsadüf etdi, - Yelena xatırlayır. – Bu gözəl kətan idi, şah əsəri idi. Emalatxanaya bir fransız daxil oldu və dərhal bu əsərə o zamanlar üçün çox böyük məbləğ olan 500 dollar verir!.. Karıxmış halda evə gələn Ucal pulu mənə verib dedi: “Lena, mən heç nə xərcləməmişəm, özümə bir az pivə aldım. Gizlət və xərcləmə, birdən onları qaytarmaq üçün döndü!” Bunun həqiqətən mümkünlüyünə dərhal inanmamışdı.

Bu arada isə rəsmlər satılırdı, xaricə sərgilərə göndərilirdi və tez-tez də elə orada qalırdılar. Sağlığında Ucal bir dənə də olsa fərdi sərgi təşkil etmədi. Ona bu lazım da deyildi – o, sadəcə bütünlüklə özünü sevimli işinə həsr edirdi və şöhrət qazanmaq üçün heç bir səy göstərmirdi... Ucalın adı hələ sağlığında dəyərli ismə çevrildi, “Dahi Rəssam” anlayışının sinonimi oldu.

Belə populyarlığa daha çox nəyin səbəb olduğunu – onun peşəkarlığı, yoxsa həyatına daxil olan hər şeyə tam açıqlıq – söyləmək çətindir. Ucalın emalatxanası nadir hallarda bağlanırdı və orada həmişə adamlar olurdu. Təşəbbüsçü, dostların döyünən ürəyi, o, özünə - “krala” – sonsuz sadiqlik göstərən “svita” əhatəsində olmağı sevirdi. İçki onu tamamilə coşdururdu: öz krallığında o, solo ifa edirdi – şeir deyir, masa üzərində rəqs edir, səsi batana qədər mübahisə edirdi. Bəzən həyat yoldaşı və dostları onu kök atdığı vəziyyətdən zorla çıxarırdılar. Bəzən onlar buna nail olmurdular...

000067

Восточные мотивы, 1996

Ucal həyatda qarşısıalınmaz fırtına, qasırğa kimi hərəkət edirdi. Ona nə söz, nə pul lazım idi: indicə aldığı qonorarı dərhal xərcləyə və ya ehtiyacı olana verə bilərdi. O, daimi axtarış yolu ilə gedirdi. Əsas istiqamətindən savayı – rəssamlıq və qrafikadan başqa müxtəlif materiallara müraciət edirdi: gah keramika, gah da ağacla işləyirdi. Bir zaman isə hətta parçalara portretlər tikməyə başladı. Hər tərəfdən muline saplar toplayırdı, dostlar hələ nənələrindən qalan yumaqları qutularla gətirirdilər, o da özünü onlarla əhatəliyirdi. Və parça üzərində tikilən portretlər silsiləsi ilə müşahidə edilən yeni ehtiras dönəmi başlayırdı.

Я сижу тихонько около прибоя,

Окунаю кисточку в море голубое.

Я рисую море – голубые дали.

Вы такого моря просто не видали...

Əsirlər qovşağında Ucal uzun axtarışlar yolunda finiş xəttinə çıxır. O, nəhayət bütün dərk edilənləri və qazanılanları reallaşdırmağa, mənəviyyatı və yaradıcılığı bir qübbə altında birləşdirməyə imkan verən məkana düşür. 1999-cu ildə Bakının qədim kiçik Varfolomey kilsəsi yeni məskən qazanır – Mixail Arxangel məbədinin aşağı mərtəbəsi, Ucal isə düşüncələrinin reallaşması üçün yeni fəza tapır – kilsənin divarına naxışların çəkilməsi üçün. Və yenə də cizgilər, planlar, gündəliklər, ikona rəsminin qaydalarının dərindən öyrənilməsi.

Beş il ərzində məbədin hər guşəsi, hər kvadrat santimetri nəfis rəsmlərlə örtüləcək. Dünyəvi həyatdan uzaqlaşaraq, bütün sifarişlərdən və maddi rifahdan imtina edərək, Ucal özünü tamamilə bu işə həsr etdi, sanki bu işdə bütün həyatı boyu ona tərəf irəlilədiyi o zirvəni hiss edirdi. Onun fırtınası məbəd qübbələri altında aramlığa qovuşdu və divarlarında həkk oldu – Ucal Haqverdiyev tərəfindən bizə miras qoyulan unikal freskalarda.

qd0001031

В церкви, 2003

Bu qəribə, titanik gərginliyi və yaradıcılıq kəşfləri ilə dolu iş 2004-cü ildə sona çatdı. Ucalın ürəyi də elə onda dayandı.

Я – город разрушенный,

город без стен.

Я – художник этого города,

этот город – мой сон.

P.S. Rəssamlar evinin yan tərəfində artıq 40 yaşı olan bir yazı görmək mümkündür. Zaman ötdükcə o solur, pozulur və onu rəngləyərək bərpa edirlər. Yazının müəllifi bu şəhərin rəssamı Ucaldır : “Rəssamlığa eşq olsun!” – N