NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

"Xoşbəxtlik elmi" YARAT-da

“Xoşbəxtlik - öyrənilməsi mümkün olan elmdir” - xoşbəxtlik üzrə ekspert Emiliana R. Simon-Tomas belə hesab edir. O, mərhəmətin sağlamlığa, rifaha və sosial adaptasiyaya xeyir gətirməsi üzrə ixtisaslaşaraq Stendford universitetində The Center for Compassion and Altruism Research and Education mərkəzində elmi işçi qismində çalışıb. Bu gün Emiliana R.Simon-Tomas – koqnitiv neyro-elmləri sahəsində doktor, nevrologiya, rəhmlilik, mərhəmət və minnətdarlıq psixologiyası və digər sosial elmlər üzrə ekspertdir. O, Berkli universitetinin Greater Good Science Center elmi mərkəzinə rəhbərlik edir və bütün dünyadan 600 mindən çox insanın iştirak etdiyi "Xoşbəxtlik elmi" onlayn kursunu aparır.

2019-cu ilin aprel ayının 4, 5 və 6-da Emiliana R. Simon-Tomas Bakıda, YARAT Müasir incəsənət məkanında “İnsan: Özünü dərk et” özünüinkişaf proqramı çərçivəsində məruzəsi ilə çıxış edəcək və 2 günlük təlimlər keçəcək. O, təlimlərdə elmi faktlara əsaslanan uzunmüddətli müşahidələri ilə bölüşəcək, şüurlu xoşbəxt həyatın sirlərini açacaq, dinləyiciləri öz xoşbəxtliyini necə idarə edə biləcəklərini, bu bacarığı gücləndirmək üçün müxtəlif strategiyalardan istifadə etməyi, stressə qarşı psixiki dayanıqlığı özündə inkişaf etdirməyi öyrədəcək.


Təlimlər ödənişsizdir, öncədən qeydiyyatdan keçmək lazımdır. Ətraflı məlumatı +994502893132 telefonuna zəng vurmaqla və ya elektron poçtuna yazmaqla əldə edə bilərsiniz.