NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

29-30-31 mart

Bakıda Portuqaliyalı rəssam Vasko Araujonun "Sevgi və Ölüm" adlı fərdi sərgisi keçirilir. Sərginin əsas hissəsi rəssamın Azərbaycan və Almaniya mütəxəssisləri ilə müsahibəsindən ibarətdir. Söhbət əsasında "Tristan və İzolda" və "Leyli və Məcnun" operalarının süjetlərini müqayisə edərək sevgi, ehtiras, iki sevgilinin imkansız xoşbəxtliyi kimi mövzular ortaya çıxır. Dərin lirika, gözəl musiqi, çirkin gecə mənzərələri, qədim qəbiristanlıqlar, tərk edilmiş qalalar və bakirə meşələr vasitəsilə bu söhbətlər ölümün əbədi məhəbbətin yeganə qurtuluşu olub-olmadığını düşünməyə təşviq edir. Sərgiyə giriş pulsuzdur.

Nə zaman: çərşənbə – bazar, saat 13:00-dan 19:00-dək

Harada: Kapellhaus

 

Stravinskinin "Simurq quşu" baletindən və Skryabinin "Prometey. Od poeması" musiqi poemasından gözəl süitalar cümə günü konsert proqramında səslənəcək. Solist qismində Azərbaycan xalq artisti, bəstəkar və pedaqoq Yeganə Axundova çıxış edəcək. Orkestrın dirijoru əvəzolunmaz Fuad İbrahimovdur.

Nə zaman: 29 mart, 19:00

Harada: M. Maqomaev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

 

Ehtiraslı rəqslər, XX əsrin Argentinalı musiqiçi və bəstəkarı Astor Pyatssolanın musiqisi ilə müşayiət olunan kəskin süjet duyğularımızı alışdıracaq!

Nə zaman: 27 mart, 19:00 – 21 mart, 20:00

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

 

Bu şənbə Azərbaycan xalq yazıçısı, publisist, ictimai xadim və ssenarist Çingiz Abdullayev ilə görüş keçiriləcək. O, qonaqlara öz həyatı, yaradıcılığı, ictimai fəaliyyətindən bəhs edəcək, eləcə də yaradıcılığının pərəstişkarları ilə həmsöhbət olacaq, suallara cavab verəcək.

Nə zaman: 30 mart, 19:00

Harada: Bakı Musiqi Akademiyasının Opera Studiyası

 

Dünya musiqi sənətinin şedevri – Cüzeppe Verdinin "Aida" operası qəlblərimizi fəth etməyə davam edir.

Nə zaman: 30 mart, 19:00

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

 

Bu bazar film seyr edərək qarşımızda yenidən xoş vaxt keçirməkdən savayı, heyvanlara kömək etmək imkanımız yaranacaq. Əldə edilən gəlir sahibsiz, xəstə və yaralı heyvanlar üçün xərclənəcək.

Nə zaman: 30 mart, 15:30

Harada: The Landmark Hotel Baku

 

Bu həftə böyük ekranda "Mane: Kətana həkk olunmuş həyat" adlı film-sərgisi nümayiş olunacaq. Film Londonda Kral akademiyasının təşkil etdiyi ekspozisiyaya həsr olunub. Tamaşaçılar dünyanın bütün guşələrindən toplanan impressionizmin ən parlaq nümayəndələrindən biri Eduard Manenin fırçasına məxsus rəsm əsərlərini görə biləcəklər.

Nə zaman: 31 mart, 12:00

Harada: Park Cinema, Flame Towers

 

Əla xəbər! Bu bazar səhnəyə "Əli və Nino" – dərin sevgi hekayəsi geri dönür.

Nə zaman: 31 mart, 19:00

Harada: Rus Dram Teatrı