NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

14-15-16 İYUN

YARAT müasir incəsənət məkanı "İnsan: Özünü dərk et" proqramı çərçivəsində keçiriləcək Bakıda IntAlt Life şəxsiyyət potensialının inkişafı üzrə təlimçi komandasının "özünə 5 addım" adlı giriş məruzəsi və  praktik təlim təşkil edir. İştirak etmək pulsuzdur!

Harada: M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

Nə zaman: 14, 15, 16 iyun, 10:30-16:00

 

Bakıda "Baku Summer Jazz Days" yay festivalı keçirilir! Cümə günü repertuarı gürcü folku və caz elementləri ilə zəngin olan IRIAO qrupunun musiqisindən zövq almaq olacaq.

Harada: Beynəlxalq Muğam Mərkəzi

Nə zaman: 14 iyun, 19:00

 

Eyni gündə Fransadan gələn çox istedadlı caz musiqiçisi, gitara virtuozu və bəstəkarı Tom İbarra öz kvarteti ilə birlikdə çıxış edəcək. Seçim etməyə ehtiyac yoxdur! Musiqiçilər fərqli saatlarda çıxış edəcəklər.

Harada: Beynəlxalq Muğam Mərkəzi

Nə zaman: 14 iyun, 21:00

 

Cümə günü Rüstəm Hüseynovun "Rus rəssamı Sergey Vasilyeviç İvanovun həyat və yaradıcılığı" adlı çox maraqlı və informativ məruzəsi olacaq. Məruzə rəssamın 155 illik yubileyinə həsr olunub.

Harada: Bakı Dövlət Universiteti

Nə zaman: 14 iyun, 14:00

 

Baku Summer Jazz Days festivalında dünyanın hər yerindən iştirak edən musiqiçilərin son çıxışlarını qaçırmaq olmaz! Şənbə axşamı Rusiyadan gələn, bu il 85 yaşını qeyd edən istedadlı "Oleq Lundstrem adına caz Orkestri" qrupunu dinləyərək dostlarınızla xoş vaxt keçirə bilərsiniz!

Harada: Dənizkənarı Bulvar

Nə zaman: 15 iyun, 20:00

 

Sağlamlığına və özünü dərk etməyə laqeyd olmayan hər kəs üçün bu bazar Yoqa günü qeyd olunacaq! Bolluca yoqa, yaradıcılıq və hərəkət olacaq! Ən əsası isə, bütün bunlar ailə pikniki formatında keçiriləcək. Həm ruhən, həm də cismən dincələ biləcəksiniz!

Harada: Yarat Contemporary Art Space

Nə zaman: 16 iyun, 6:00-20:00

 

Bu bazar günü XIX və XX əsrlərdə xaricdə rəsm sistemini radikal şəkildə dəyişən unikal rəssam Pol Sezanın yaradıcılığını özümüz üçün kəşf edə biləcəyik. "Cézanne - Portraits of a Life" film-sərgisi bu il sənət dünyasının ən mübahisəli hadisələrindən biri oldu.

Harada: Flame Towers, Park Cinema

Nə zaman: 16 iyun, 13:00

 

Həftə sonunu "Cavad xan" baletinin premyerasını seyr edərək tamamlaya bilərsiniz. Premyera Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub. Tamaşanın quruluşcu-baletmeysteri Azərbaycanın xalq artisti, Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri Kamilla Hüseynovadır.

Harada: Opera və Balet Teatrı

Nə zaman: 16 iyun, 19:00