NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

XEYRİYYƏ KONSERTİ VƏ YARMARKA: YEKUN

2018-ci il 15 dekabr tarixində Macarıstanın Azərbaycandakı səfirliyi və Nargis jurnalı və fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirildi.

Layihənin əsas məqsədi 5 nömrəli Respublika xüsusi internat məktəbinin gözdən əlil şagirdlərinə kömək etmək üçün vəsait toplamaq, xüsusilə də oxuma və yazmanı öyrənmələrinə yardım edən Brayl çap maşınının alınması idi.

Oxucularımızın, dostlarımızın və sponsorlarımızın səxavəti sayəsində yekun məbləğ 8500 AZN təşkil edərək gözləniləndən iki dəfə artıq oldu. Planlaşdırılan Brayl dəftərlərinin alınmasından sonra toplanan vəsait Braille printeri almaq üçün də kifayət etdi. Bu printerdə gözdən əlil və zəif görən uşaqlar üçün relyefli-nöqtəli kitab və dərsliklərin çap olunması mümkündür.

Index Braille AB İsveç istehsalçısına məxsus Everest-D modelinin birtərəfli və ikitərəfli çap, naqilsiz dəstəkləmə, səsli geribildirim və düz çap şrifti düymələri, Brayl şrifti və LED işıqlandırma funksiyası var.

Nargis jurnalı və fondunun nümayəndələrinin iştirakı ilə Macarıstan səfiri Brayl printerini 5 saylı Respublika xüsusi internat məktəbinin rəhbərliyinə təqdim etdi. Şagirdlər qonaqlara musiqili və rəqsli kiçik özfəaliyyət konserti təqdim etdilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Nargis Magazine və Macarıstanın Azərbaycandakı səfirliyi ilə birlikdə keçirdiyi xeyriyyə layihəsinə dəstək verən hər bir kəsə təşəkkür edirik!

 

Foto: Pərviz Qasımzadə

Video: Murad Cəlilov