NARGIS
Ru En
NARGIS MAGAZINE
TƏDBİRLƏR

18-19 yanvar

"Kraliçanın Son ehtirası" tamaşaçıları möhtəşəm aktyor heyəti ilə sevindirməyə davam edir. Bu hekayənin hər bir personajında  müasir insanlara xas olan bütün ehtiraslagörə bilərsiniz.

Harada: Rus Dram Teatrı

Nə zaman: 18 yanvar, 19:00

 

Əgər ailənizdə balaca teatr həvəskarı böyüyürsə bu şənbə rus nağılı əsasında "Durnabalığının buyruğu ilə" tamaşasını qaçırmayın!

Harada: Rus Dram Teatrı

Nə zaman: 19 yanvar, 12:00


Şənbə axşamı mütləq İranə Tağızadənin quruluşunda "Karamazov qardaşları" tamaşasını seyr edirik, kiməsə yazığımız gələcək, kimin üçünsə həyəcanlanacağıq, sonra isə kiminsə haqqında gecəyə qədər danışacağıq.

Harada: Rus Dram Teatrı

Nə zaman: 19 yanvar, 19:00

 

Bazar günü teatrda "Qarabağnamə" tamaşası göstəriləcək. Quruluşçu rejissor - xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam - İsmayıl Məmmədov, musiqi tərtibatçısı - Həmid Kazımzadə.

Harada: Akademik Milli Dram Teatrı

Nə zaman: 20 yanvar, 19:00


London Milli Qalereyası və Amsterdam Dövlət Muzeyinin birgə layihəsi - adi sərgi deyil, dahi hollandiyalı Rembrandt Harmens van Reynin misilsiz işlərinin toplusudur.

Harada: Park Cinema Flame Towers

Nə zaman: 20 yanvar, 13:00