NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

23-24-25 NOYABR

Bakıda ilk dəfə musiqiçi Peter Bentse solo konsert ilə çıxış edir. O, klavişlərdə fenomenal sürətdə çalğısına görə Ginnesin Rekordlar Kitabına düşüb!

Nə vaxt: 24 noyabr, 19:00

Harada: Bakı Konqres Mərkəzi

 

Paytaxtımızda üçüncü dəfə "Visla" Polşa filmləri festivalı keçirilir. Cümə günü - rejissor Yan Komasanın "Şəhər 44", şənbə günü Mixail Şerbitsin "Ədalətli", bazar günü - Valdemar Kşistekin "80 milyon" filmini izləyirik.

untitled-1

Nə vaxt: 22 – 28 noyabr, 19:00

Harada: Landmark

 

X Əl işləri festivalı çərçivəsində istedadlı sənətkarların əsərləri ilə tanış oluruq. Yeni il hədiyyələrini axtarmağın tam zamanıdır!

tool-1957451_960_720

Nə vaxt: 23, 24 noyabr

Harada: Kapellhaus

 

Şənbə gecəsi Veberin, Betxovenin və Şubertin əsərlərini dinləyirik.

15168902_921228678009656_5341068164771691933_o

Nə vaxt: 24 noyabr, 19:00

Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası

 

Səttar Bəhlulzadənin 110 illik yubileyi ərəfəsində “Cizgi təranəsi” adlı sərgidə nümayiş olunan əsərlərindən zövq alırıq.

111

Nə vaxt: 16 noyabr – 16 yanvar, 11:00 – 20:00

Harada: Müasir İncəsənət Muzeyi

 

Verdinin ölümsüz "Traviata" operasından həzz alırıq. 

417907876

Nə vaxt: Opera və Balet Teatrı

Harada: 24 noyabr, 19:00

 

 

Ayın sonuna qədər gənc rəssam Aqil Abdullayevin “Çəhrayı gələcəyin utancaq oğlanı” adlı fərdi sərgisini ziyarət etmək olar.

pink_guy

Nə vaxt: 30 noyabra qədər, 12:00 – 20:00

Harada: ARTIM