NARGIS MAGAZINE
TƏDBİRLƏR

28-29-30 dekabr

Gürcüstanın Legacy rəqs teatrı “The Flying Georgian” şousu ilə dünyanın yarısını dolaşıb və inanılmaz yaxşı rəylər toplayıb. Bu şənbə onlar Bakıda çıxış edirlər!

Nə zaman: 29 dekabr, 19:00

Harada: Opera və Balet Teatrı

 

Xalq və əməkdar artistləri Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə, Oleq Əmirbəyov, Maqsud Məmmədov və teatrın digər artistlərinin ifasında Karlo Qoldoninin pyesi əsasında "Senyor Todero-xuliqan" tamaşasının premyerasını qaçırmayın. Baş rolda yubilyar Məbud Məhərrəmov.

Nə zaman: 29 dekabr, 19:00

Harada: Rus Dram Teatrı

 

Yeni il ərəfəsində Rus Dram Teatrının səhnəsində möhtəşəm yeni il karnavalı baş tutacaq. Uşaqlarla gəlin və mütləq onlara karnaval kostyumları geyindirin!

 

Nə zaman: 29 dekabr, 12:00, 15:00

Harada: Rus Dram Teatrı

 

Renuarın son illərinin yaradıcılığı zidd reaksiyalar – ya heyranlıq, ya da nifrət doğurur. Fil Qrabskinin "Renuar – naməlum rəssam" sərgi-filmi rəssamın məhz bu dövründən bəhs edir. 

Nə zaman: 30 dekabr, 13:00

Harada: Park Cinema, Flame Towers