NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

4-6 yanvar

Əgər uşaqlarınız hələ də Cırtdanla tanış deyilsə, bütün ailənizlə birlikdə "Cırtdan nağıllar aləmində" şousuna gedin. 80 rəqqas və aktyor, 300-dək əlvan kostyum, 120-dək müxtəlif hava elementləri. Çox xoşunuza gələcək!

Harada: Bakı Konqres Mərkəzi

Nə zaman: 3-6 yanvar, 12:00 – 20:00

 

Böyük ekranda "İeronim Bosxun möcüzəli dünyası" - rəssamın Hertogenbos və Madriddə keçirilən ən böyük yubiley sərgilərinə bir növ son söz olan film nümayiş olunacaq. Hertogenbosda təkcə bir ekspozisiyanın hazırlığına təxminən səkkiz il sərf olunub.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 6 yanvar, 13:00

 

Bazar axşamı iki hissədən ibarət "Arşin mal alan" operasını dinləyirik. Dirijor pultunda - Azərbaycanın ilk qadın dirijoru Sevil Hacıyevadır.

Harada: Opera və Balet Teatrı

Nə zaman: 6 yanvar, 19:00

 

2018-ci ildə İnqmar Berqmanın anadan olmasından 100 il və "Payız sonatası" filminin ekranlaşdırılmasından düz 40 il ötür. Rus Dram Teatrı mövsümü İnqmar Berqmanın pyesi əsasında "Payız sonatası" tamaşası ilə yekunlaşdırdı. Bu həftə sonu onu yenidən görə bilərsiniz.

Harada: Rus Dram Teatrı

Nə zaman: 6 yanvar, 19:00