NARGIS MAGAZINE
TƏDBİRLƏR

8-9-10 fevral

Cümə günü axşam Üzeyir Hacıbəyov adına Azərbaycan simfonik orkestrinin konsertinə gedirik. Orkestrə müasir musiqi mədəniyyətinin parlaq nümayəndəsi Rauf Abdullayev dirijorluq edəcək.

Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası

Nə zaman: 8 fevral, 19:00

 

Van Qoq sənətinin həvəskarları niderland postimpressionistinin həyatından bəhs edən filmdən zövq alacaqlar.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 8-14 fevral, 22:10; 02:30

 

Uşaqlara xeyirxahlığın və pisliyin nə olduğunu əyani şəkildə gösərən "Dəcəl keçi" tamaşası qastroldan Bakıya geri qayıtdı. Qaçırmayın!

Harada: Gənc Tamaşaçılar Teatrı

Nə zaman: 9 fevral, 14:00

 

Bu həftə sonu dünyada ən çox ifa olunan operalardan birini, italyan bəstəkarı Cakomo Puççinin əfsanəvi «Bohema» əsərini dinləmək fürsətimiz olacaq.

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 9 fevral, 19:00

 

Bu şənbə günü biz həm «İt həyatı» filmini seyr edərək xoş vaxt keçirəcəyik, həm də kiçik qardaşlarımıza yardım etmiş olacayıq. Bütün əldə edilmiş gəlir sahibsiz, xəstə və yaralanmış heyvanların müalicəsinə xərclənəcək.

Harada: The Landmark Hotel Baku

Nə zaman: 9 fevral, 14:30 –  17:00

 

«İmpressionizm və onu icad edən İnsan» filmi sadəcə sənət dünyasını sonsuza qədər dəyişdirən Düran Rüelin həyat hekayəsindən bəhs etmir, həm də bütün dünyanın valeh olduğu şedevrləri göstərir.

 Harada: Park Cinema, Flame Towers

Nə zaman: 10 fevral, 13:00

 

Bazar günü ənənəvi Azərbaycan milli baş örtüsü kəlağayıya həsr olunmuş sərgini ziyarət edirik. Pulsuz ekskursiyaya Əsli Səmədova rəhbərlik edəcək.

Harada: Kichik QalArt 

Nə zaman: 10 fevral, 15:00 - 17:00