NARGIS MAGAZINE
Simalar

AYIN KÖLGƏSİNDƏ

Bəzək əşyaları Pasquale Bruni, Giardini Segreti kolleksiyası (Royal Collection 1 butiki)

Saç düzümü, makiyaj Aynur by Sesem.

Torpaq Donuzu ili bir sıra ay tutulmaları ilə başladı və bizim fevral buraxılışımız bu astronomik hadisəyə təsadüfən həsr olunmayıb. Çin tibbinə görə qadınların ay fazası ilə əlaqəli olduğunu bilirsinizmi? Həm qadın, həm də ay dövrləri orta hesabla 28 gün təşkil edir. Beləliklə, bizim gözəl oxucularımız, əgər birdən özünüzdə səbəbsiz olaraq kefsizlik, qıcıqlanma və ya hətta depressiya hiss edirsinizsə, çox güman ki, sizə Ay təsir edir. Və bu çox təəccüblüdür! Axı nə isə böyük və sirli bir şeylə əlaqənin olduğunu dərk etmək - nəinki onun bir hissəsi olmaq, həm də ondan istifadə edə bilmək deməkdir. Bu sörfinqə bənzəyir, amma sadəcə taxtanın yerinə - sizin bilinciniz, dalğaların yerinə isə - həyat şərtlərinizdir. Biz isə öz tərəfimizdən sizi yeni "Qəzet" bölməmizdə peşəkar astroloq Gülarə Səmədovanın rəhbərlik etdiyi "Qoroskop" rubrikası vasitəsilə asanlıqla dalğaları yarmağı öyrədəcəyik. Bu buraxılışda siz gözəlliyiniz, tərziniz, biliyinizlə hər kəsi necə kölgədə buraxacağınız barədə çox sayda tövsiyələr əldə edə biləcəksiniz və indi "ay tutulması" sözü sizin üçün tamamilə fərqli bir məna daşıyacaq! Həyat yoxuş, eniş və qaranlıq olmadan olmur. Amma əgər bütün bunları həyat dövrünün bir hissəsi kimi, günü əvəzləyən gecə kimi qəbul etməyi öyrənsək və gücümüzü bunun qarşısını almaq üçün deyil, dərs almaq üçün sərf etsək, o zaman hər bir sınağı qalibiyyətə, inkişafa, hər şeyin öhdəsindən gəlməyə yeni bir addım kimi dəyərləndirməyi öyrənirsən. Özünüzü qıcıqlanma, apatiya, yorğunluq üçün günahlandırmayın, unutmayın ki, bütün bunlar iki tərəfi olan - qaranlıq və işıqlı gözəl göy cismi ilə əlaqəli olduğunun sübutudur. Və bu iki tərəfi də qəbul etmək lazımdır. P.S. Və unutmayın: ən qaranlıq saat şəfəqdən əvvəldir... P.P.S. Növbəti ay tutulmasında gözlərinizi bağlayın və ovuclarınızı Aya tərəf açaraq əllərinizi uzadın. Sizə güc və enerji verən Selena ilə nəinki emosional, həm də fiziki əlaqənizin olduğunu hiss edəcəksiniz.

"Arxanı günəşə çevirsən, kölgəndən başqa heç nə görə bilməzsən." (Cübran Xəlil Cübran)

 

Ülviyyə Mahmudova, baş redaktor