NARGIS MAGAZINE
Simalar

Follow me to

_MG_9821

Hər şey necə başladı…

Muradın – mülayim, xeyirxah və bir az kədərli gözləri var.  Nata – inanılmaz  incə və zərif, amma sevgidən güc almış biridir. Onların dünya gəzintisini artıq milyonlar izləyir. 1 150 910 – bu günədək Instagramda @muradosmann akkauntunda məhz bu qədər abunəçi var və #Followmeto («ardımca gəl») layihəsinin pərəstişkarlarının sayı günbəgün sürətlə artır.

h6N7Iqf4jrs

İlk sual mütləqdir: hər şey nədən başladı? Deyəsən, o qədər çoxdan başlayıb ki, bir-birini itələyərək, o dövrdə görüşüb-görüşmədiklərini xatırlamayıb mübahisə edirlər.

"Biz haradasa yarım il olardı ki, görüşürdük",  Murad bildirir. "Yox  Nataşa etiraz edir, biz hələ görüşmürdük, yox. Bu bizim ilk layihəmiz idi, çəkilişlər Barselonada keçirdi. Sonra gəzinti, ilk maraqlar, emosiyalar, gözəl yerlər, ekskursiyalar, Murik (Nataşa Muradı bu cür nəvazişlə çağırır) isə yenə də yarım saat kameranı kökləyir".

Hər şey qeyri-iradi baş verdi – Nataşanın Muradı ardınca çəkişdirdiyi anda təsadüfi çəkilmiş kadrdan: «Gedək! Nə qədər şəkil çəkmək olar!". O isə «Bax, necə məzəli şəkil çəkdim!» deyərək cavab verir. Və başladı. İndi Nataşanın Muradı ardınca çəkişdirdiyi kadrı getdikləri hər yerdə təkrarlayırlar. Heç bir kommersiya fikrimiz yox idi, Instagramda özümüz və dostlarımız üçün paylaşırdıq. Amma adi olmayan süjetin təkrarlanması abunəçilərin diqqətini cəlb etdi.

MG_9999a

Mənə çox maraqlıdır, bu coşqun populyarlıq necə yarandı? Bəlkə düzgün həşteqlərə görə?  

Murad gülür: "Həşteqlər – mifdir. Ümumiyyətlə  #яздесь (mən buradayam), #япьючай (çay içirəm), #наташавилкойестсыр (Nataşa çəngəllə pendir yeyir) kimi həşteqlər paylaşan insanlara yazığım gəlir. "Bu axmaqlıqdır!" – Nataşa müdaxilə edir. «Yox, həşteqlər məlumat vermir,  Murad davam edir, biz sadəcə fotoları bir həşteq altında birləşdirdik və bu belə bir seriya halı aldı.   Tədricən bu fotoları Rusiyanın Adme və Fishki kimi saytları paylaşdı, məsələ xarici Reddit saytına gəldiyində isə…" "Hər şey bizim fotoları iki dünyaca məşhur saytlar paylaşdıqdan sonra haradasa iki həftə ərzində baş verdi, ardınca bizə dünyanın hər tərəfindən yazmağa başladılar. Demək olar ki, bu təsadüfən alındı",  Nataşa əlavə edir.

_MG_9060

Siz bunu gözləmirdiniz? Və bu həyatınızı necə dəyişdi?  

"Əlbəttə, sənin etdiyini görmələri və qiymətləndirmələri çox xoşdur. Amma həyat tərzimiz o qədər də dəyişməyib – küçəyə qara eynəkdə çıxmağa ehtiyac qalmır",  Nataşa zarafatca bildirir. "Mən isə əlimi aça bilmirəm - dərhal tanıyırlar. Sığortalanmaq məcburiyyətində qalmışam",  Murad gülür. – Zarafat bir yana, necə işləyirdimsə elə də işləyirəm. Mən öz şirkətimdə prodüserəm. Reklamlar, kliplər çəkirik. Rusiya müştəriləri üçün bu çəkilişləri çox vaxt xaricdə edirik, buna görə iş bitdikdən sonra Nataşa ilə bir neçə saatlıq foto çəkdirmək imkanımız olur".

Bəs gündəlik həyatınızda heç bir dəyişiklik olmadı? Sizi küçədə tanıyırlar?

Murad: "Google reklamından sonra tanıyırlar. Xaricdə bu "pozanı" alan kimi dərhal tanıyırlar".

MG_9942a

İndi harada yaşayırsınız? Hər yerdə?  

Murad: "Moskvada. Həftənin ən azı 5 gününü Moskvada işləyirik. Hamı elə bilir ki, biz hər zaman səyahət edirik. Adətən 2-4 günlük harasa gedirik".

Sizi öz ölkələrinə dəvət edən çoxdur?

Nataşa: "İndi artıq hə. Apreldə bizi İordaniyaya dəvət ediblər".

Münasibətiniz neçə vaxtdır davam edir?

Nataşa: "Üç ildir tanışıq, iki ildir ki, artıq bir yerdə yaşayırıq. Murad prodüserdir, mən isə həmişə jurnalistika ilə məşğul olmuşam. Almaniyada anadan olmuşam, sonra da Rusiyaya qayıtmışıq".

photo

Bir-birinizi təsvir edin zəhmət olmasa.

Nataşa bir anlıq düşünməyə başlayır: "O, hər kəs kimi deyil: şən, məclisin ruhu, amma nadir hallarda ürəyini kiməsə açan, həmişə özünə qapalıdır. Çəkdiyi rəsmləri mənə göstərib, hətta rəsmlərində belə nə qədər asan olmadığı, detallara qarşı diqqətli olduğu görünür. Və eyni zamanda inanılmaz dərəcədə mehribandır! Ona comərd (söhbət puldan getmir) kişi xarakteri xasdır. O, bəzi prinsiplərə görə fədakarlıq edə bilər. Murad çox qeyri-adi bir insandır, beləsinə heç vaxt rast gəlməmişəm".

Estafeti Murad alır: "O çox mehriban, xeyirxah, gözəl biridir – bunlar standart söz yığınıdır, – gülür. – Çox ağıllı və münasibətdə çox seçicidir. Bütün dostlarını diqqətlə seçir və Allah eləməsin nə vaxtsa hansı birisə xəyanət etsin – heç vaxt bağışlamaz!". – "Qəddar biri olduğum üçün deyil, özümə qarşı çox tələbkar olduğum üçün",  Nataşa etiraz edir. "Yox, sən qəddar deyilsən,  Murad razılaşır.  Səhvlərimi düzəltməyi bacarır. Çox istedadlıdır, məndən gizlətməyə çalışsa da. Evdə rəsm çəkir".

_MG_9157

Çox sayda layk və rəylər alan #followmeto seriyasından Bakıda çəkilişlər etmisiniz. Mənim xüsusilə ənənəvi italyan həyəti fotosu xoşuma gəldi. Son müsahibələrimdən birində, anam bu evləri təəssüf ki, simasından yox olan şəhərin «qəlbi» olduğunu demişdi. Bura gəlməyi necə qərar verdiniz?

"Sizin şəhərdə olan hər bir kəs onun haqqında çox müsbət danışırdı, buna görə də, çoxdan bura gəlməyi düşünürdük və əlimizə belə bir şans düşdüyünə görə çox şad idik,  Nataşa etiraf edir.

"Biz Azərbaycanı sevirik, o mənə həm ruhən, həm də mentalitet olaraq çox yaxındır. Mənim burada çox dostum var, onlar çoxdan məni Bakıya dəvət edirdi. Şəhər bizi valeh etdi",  Murad əlavə edir.

_MG_9732

Gələcək planlarınız?

Nataşa: "Bütün dünyanı göstərmək  o çox unikaldır!"

1388027062_020

Murad: "planlara gəldikdə  biz aktiv olaraq xeyriyyəçiliklə məşğul oluruq.  Bir il bundan əvvəl Michael Kors brendi ilə əməkdaşlıq etməyə başladıq susuzluqdan əziyyət çəkən regionları su ilə təmin etmək məqsədi olan xeyriyyəçilik aksiyasının nümayəndələrindən biri idik. Ümid edirik ki, bu cür aksiyalarda faydalı olmağımız son deyil".

MG_9957a

 Material səkkizinci buraxılışda dərc olunmuşdur.