NARGIS MAGAZINE
Afişa

17-18-19 may

Bu cümə günü Azərbaycan xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster, pedaqoq Roza Cəlilovanın 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Harada: Müslüm Maqomayev adına Azərbaycan Dövlət akademik filarmoniyası

Nə zaman: 19:00

 

Nə vaxtsa düşünmüsünüzmü istirahət şüurlu ola bilər? Cavabınız yoxdursa, o zaman amerika yazıçısı, futurist və Silikon Vadisinin biznes məsləhətçisi Aleks Suçjunq-Kim Panqın "Yaradıcı yanaşmanın və məhsuldarlığın inkişaf etdirilməsi üçün istirahətin vacibliyi" adlı məruzəsini qaçırmayın. Məruzədə o, daha çox işləyərək, daha yaxşı nəticə almaq mifini yox edəcək, məhsuldar və faydalı şəkildə istirahət etmək barədə məsləhətlər verəcək. Məruzə "İnsan: Özünü dərk et" proqramı çərçivəsində keçiriləcək.

Harada: Bakı ali neft məktəbi/ Yeni kampus

Nə zaman: 16 may, 18:00

17 may, 11:00

 

Ritm, rəqs və gözəl musiqi: Bakıda 35-ci bədii gimnastika kuboku keçiriləcək. Yarışmada 39 ölkədən gimnast qızlar iştirak edəcək, Miri Yusif isə çempionatın səfiri olacaq. Qaçırmaq olmaz!

Harada: Milli gimnastika arenası

Nə zaman: 16-19 may

 

"Azərbaycan gəncləri 2017-2021-ci illərdə" layihəsi çərçivəsində idman orientirinqi üzrə altıncı Beynəlxalq Heydər Əliyev kuboku keçiriləcək. Turnir cümə günü start verir!

Nə zaman: 17-19 may

 

Daha çox Fizzochi kimi tanınan qraffiti-rəssam Fizuli Əliyev arzu edən hər kəslə sənət, onun metodları və problematikası haqqında müzakirə aparacaq.

Harada: ARTIM Layihə məkanı. İçərişəhər, Böyük Qala küçəsi 30, 001 A

Nə zaman: 17 may, 19:00

 

18 mayda bütün dünyada "Beynəlxalq muzeylər günü" qeyd olunur. Bu münasibətlə 12 Azərbaycan muzeyi üç günlük "Muzeylər – Park Bulvarın qonaqları" adlı interaktiv tədbir təşkil edir. Müxtəlif master-klasslar, pantomima, konsert proqramı və digər maraqlı hadisələr. Darıxmağa vaxtınız olmayacaq!

Harada: Park Bulvar

Nə zaman: 18, 19 may

 

Şənbə axşamını Stenli Kasselmanın Labyrinths of Light sərgisində keçirmək olar.

Harada: Gazelli Art House Baku

Nə zaman: 18 may, 18:00