NARGIS
NARGIS MAGAZINE
Travel blog

Love, Nargis: Nurai Fest

Nurai Fest Musiqi Festivalı bu il BƏƏ-də ilk dəfə keçirilib və cəmi üç həftə ərzində hazırlanıb – biz bu fürsəti qaçıra bilməzdik. Nuray "milyonerlər adasına" Travel blog Love rubrikamızın növbəti səyyahı Cəmilə Salam yollandı. O, iki gün boyunca ərəb maldiv adasının ağ qumunda lüks istirahətin bütün çətinliklərini yaşadı, "Ferrari Park"da dünyanın ən sürətli sürüşkənindən sürüşdü və baş verən hər şeyi olduğu kimi sənədləşdirdi.

PASHA Travel komandası daim əlaqədə idi. Onlar üçün gözlənilməz səfərlər olmur – əvvəllər heç kimin olmadığı festivalın bütün təfərrüatlarını öncədən bilirdilər. Azercell rouminq avtomatik qoşuldu və minlərlə kilometr məsafə əlaqə keyfiyyətinə heç bir təsir göstərmədi. PASHA Bankın sayəsində isə səfər xoşagəlməz sürprizlərdən yan ötüşdü: axı Nuray adasında dollar keçərli deyildi. Ödənişləri yerli valyuta və ya plastik kartla ödəməli olduq! Hər şeyin necə baş verdiyinə Travel blog by Nargis-in yeni buraxılışında baxın!


İzləyin və bizimlə birlikdə səyahət edin!
Love,