NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

MONOCHROME: ERIH HARTMAN - SƏSSİZLİYİ KƏMƏNDLƏMƏK

1

Bu və ya digər diqqətəlayiq fotoqrafın tərcümeyi-halı bir qayda olaraq doğru faktlardan başlayır – tarixlər və dəqiq ünvanlardan. Nə vaxt doğulub, harada böyüyüb, neçənci ildə debüt sərgisi olub, neçənci ildə isə debüt fotoalbomu... Hadisələrin bu xronologiyası - dünya yaddaş kartı üçün əhəmiyyətli məlumatdır. Erih Hartmannın həyatında da əsas tarixlər və əhəmiyyətli ünvanlar mövcud idi.

1_19Avtoportret, Erih Hartman (1922-1999

O, 29 iyul 1922-ci ildə Almaniyada anadan olmuşdur. 1938-ci ildə Hartman ailəsi nasistlərin zülmündən Amerikaya qaçmaq məcburiyyətində olurlar. Bir neçə il fotoportretistin assistenti olaraq işlədikdən sonra, Erih frilans yolunu seçir. O, Yeni Sosial Araşdırmalar Məktəbində də təhsil almışdır. Buradakı Irvin Pennin, Riçard Avedonun və ötən əsrin bir çox digər ustad fotoqraflarının xaç atası, «Harper’s Bazaar» jurnalının əfsanəvi art-direktoru - Aleksey Brodoviç dərs keçirdi. 1952-ci ildə, bu zamana qədər artıq geniş portfolioya sahib olan Erih Hartman "Magnum"-a dəvət alır, 1985-ci ildə isə o, bu fotoagentliyə başçılıq edir.

2_17

İndi faktların hesablanmasını kənara qoyaq və onun əsərlərinin görünən metafizikasına nəzər salaq. Məsələn, növbəti fotoşəklə. Maraqlıdır, kadrın o biri tərəfində dayanan insan bu qadına aşiqdirmi? Yoxsa fotoqrafın baxışı hisslər ilə yüklü deyil? Bəlkə də onun marağı sadəcə harmonik təzadın qəribəliyindən qaynaqlanır?.. Belə olan halda, bu şəkli bürüyən həyəcanı necə izah etmək olar?..

3_16

O, bu stulun naxışını bürümüş işıq və kölgəni tutmağa çalışdığında tənha idi, yoxsa xoşbəxt, sakit idi, yoxsa nədənsə narahat?..

4_17

Sadə əşyalar - iki çəkmə, çörək dilimi, şəffaf bluz - cism əldə edirlər, səs əldə edirlər. Amma Hartmanın fotolarının səsi cavab vermir, sadəcə sanki zümzümə edir… Küləyin səsi, quşların civiltisi, köpüklü dalğaların çətinliklə eşidilən səsinin olduğu motiv yaranır… Doğulduğumuz ilk dəqiqədən etibarən günümüzə qədər bizimlə olan hər bir şey.

5_15

Budur, Kristina Olsenin can atdığı həmin ev - Endryu Uayetin rəsmində xəstəliyə məğlub olan qız. Amma rəssamın kətanındakı ev - belə əziz, belə arzu olunan   xilasedici mayak kimi görsənsə də, Hartmanın tərənnümündə o, donmuş xəyalətə bənzəyir. Hüdüdsuz tənhalığın ortasında təkgözlü div.

6_13ABŞ, Meyn ştatı, Kuşinq, 1972

Fotoqrafın proqramlı işlərindən biri də "Düşərgələrdə" (1995) layihəsi oldu. Burada onun daha çox açıq şəkildə fikrini yarımton səslə izah etmə meyilliliyi əks olunmuşdu. İnsan ağılsızlığının və əzablarının onlarla monoxrom şahidləri göz önünə gəlir - hüzünlü məşhur Auşvits, Buhenvald, Dahau… Bu və digər şəhərləri Hartman yarım əsr keçdikdən sonra, yəni Faşizm üzərində qələbə qazandıqdan sonra ziyarət etmişdi. Lakin yenə də onların dözülməz melanxoliyasını əks etməyi bacarmışdı… Bəlkə də bütün məsələ münasibətdədir - kadrın o biri tərəfində dayanan insanın müəllif interpretasiyasında…

7_9

Erih Hartmanın yaradıcılığı emosional sarsıntılara, alluziyalara, aşkar vədlərə deyil, duyğulara müraciət edir. Bu sənət - diqqətlə qulaq asmaq, baxmaq, nəzərə çarpmayan, lakin dərin mənalı məzmunu qavramaq istəyənlər üçündür.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5