NARGIS MAGAZINE
Mədəniyyət

MONOCHROME: VIVIAN MAYERIN GÖZƏL SİMALI KƏDƏRİ*

1

Belə bir fikir var ki, fotoqraf rəssam ola bilməyən kəsdir. Atribusiyası artıq mümkün olmayan bu əsassız fikir çoxları tərəfindən sevildi və homeopatın dərman qutusundakı dava-dərman kimi ekspertin diaqnostikası olmadan istifadə olunur. Lakin, yenə də təntənəli əvəzləmə nəzəriyyəsinin təsiri altına düşsək - məsələn, Rolleiflex əvəzinə Vivian Mayerin əlində qələm və kağız olsaydı, o zaman biz küçələrin foto kadrlarına tamaşa etmək yerinə, Çikaqonun və Nyu-Yorkun prospektləri, dalanları və küçələri haqqında melanxolik şeirlər oxuyardıq.  

1_16

Amma hər bir halda mübahisəyə son nöqtə qoymaq lazımdır və buna görə də, biz köməyə növbəti fikri çağırırıq: rəssam yaşananları kətan üzərində sonradan təsvir edir, fotoqraf isə onu dərhal əks etdirir. Məhz buna görə də, uğurlu şəkil - möcüzədir! Məhz buna görə də, bədii təsvirin birinci dərəcəli və ya foto şəkilin ikinci dərəcəli olmasına dair mübahisə heç bir məna ifadə etmir ...  

2_13

Tənhalıq küçə fotoqraflarının ən sevimli diqqət obyektidir. Bir qədər romantikləşdirilmiş bu mövzunun onlarla, yüzlərlə adiləşdirilmiş təzahürü tez-tez foto sənətinin pərəstişkarlarının gözü önündən keçib gedir. Axtarış şəbəkəsində orijinal əsər tapmaq - əsl xəzinə ilə rastlaşmaq deməkdir. Vivian Mayerin mirası qiymətli minerallardan - insanın son dərəcə nəzakətli narahatlığını əks etdirən, tamaşaçıya öz "əks əlaqə defisiti" interpretasiyasını təzyiq etmədən qəbul etdirən fotoşəkillərdən ibarətdir.         

3_12

Tez-tez nəyin şəklini çəkdiyini mənə göstər, sənin kim olduğunu deyim. Vivian isə tez-tez xoşbəxtliyə, mərhəmət etməyə və sevgiyə can atmanın fotosunu çəkirdi. Gözəl cütlüklərin - kişi və qadının portetlərinin həyəcanlı harmoniyalarının fotoları belə meydana çıxırdı. Lazım olmadığına görə zibil qutusuna atılan köhnə parça oyuncaqların şəkilləri də... Tənhalığı hələ dərk etməyən uşaqların şəkilləri də...

4_13

Vivian Mayer uzun illər ərzində mürəbbiyə kimi xidmət göstərib. Özünün şəxsi evinə, ailəyə sahib olmayan Vivian bədnam məsafə hissi barədə yalnız şaiyələrdən eşitməmişdi və yad insanların həyatlarını müşahidə edərək, bu insanların heç şübhələnmədiklərini belə öz gözləri ilə görürdü. Vivian sakit, müdrikcəsinə, emosional gərginlik olmadan yalnız müşahidə edərək gözəgörünməz metafizikanın və mövcudluğun fotosunu çəkirdi.

5_11

 Vivian Mayerin avtoportreti, 1955

Maestro, fotoqraf, virtuoz - bütün bunlar kişi cinsinə aid isimlərdir. Lakin söhbət Viviandan düşəndə gərəksiz seksizm azğınlığı barədə mübahisədən laqeydliklə yan keçirsən. Axı qəsdən və ya bilmədən əsrlər boyunca kişi eqosunu əsarət altına almış sadalanan bu sözlər - onun portretinin dayanıqlı şərhidir, çünki Vivian Mayer – fotoqraf-virtuoz, daha dəqiq desək, maestrodur!

[IG_880]

-

* P.Eluarın "Əlvida kədər" şeirinə keçid