![](/site/assets/files/6385/944bfee7-1fb6-4690-bd4b-e5d0ef07e343.900x0.jpeg)
Yeməklər getdikcə çətinləşir, gərginlik artır, heç kimin zarafat etməyə vaxtı yoxdur. Bircə ondan başqa! Beləliklə, Chef Nargis yarışmasının növbəti rəqibiii... Bəhram əmi!
Baş-aşpaz Rauf bu dəfə də yarışma iştirakçıları Nigar və Bəhrama acımadı və onların qarşısında çox çətin vəzifə qoydu – portağal – qreypfrut sousunda təzə tuna balığının filesi.
Mübarizə meydanı dəyişməz olaraq qalır - The Cheese restoranının mətbəxi.
Baxaq, kimin qazanacağını təxmin edək, əgər yeməyi bəyənsək, o zaman The Cheese restoranından sifariş edək.
*Vacib məlumat! Bütün iştirakçılar və çəkiliş qrupu çəkilişdən əvvəl Covid-19 testindən keçiblər.