NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Horoskope: Öküz ili

Fevral ayı əhəmiyyətli bir hadisə ilə –11 fevraldan 12-nə keçən gecə başlayan Çin Yeni ili ilə seçilir. Yorucu və təlaşlı Siçovul yerini etibarlılığı və sabitliyi, hədəflərə çatmaqda əzmkarlığı və zəhmətkeşliyi təcəssüm edən astagəl və inadkar Öküzə verir. 2021-ci il ağ metal Öküz ilidir. Metal ünsürü ona qərarlarında qətilik və fikirlərində dəqiqlik, təvazökarlıq, sağlamlıq və dözüm bəxş edir. Öküz dürüst, etibarlı və məqsədyönlü şəkildə hədəfə gedən zəhmətkeş insanları himayə edir. İl əbədi ailə və dostluq dəyərlərini dərk etməyə kömək edərək möhkəm nəticələr verir. Dürüst Öküz üçün intriqalar, dava-dalaşlar və xaos çox uzaqdır, o dünyanı nizama salmağa və sabitləşdirməyə çalışacaq, baxmayaraq ki, bu bəzən qəddar və ibrətverici görünəcək. Sülhsevər Öküz öz mövqeyini qoruyacaq və onu alışdığı çərçivəsindən çıxaranları ciddi şəkildə cəzalandıracaq. Öküz yardımsevər və dəstəkləyici, çalışqan və dayanıqlı, güclü ailə və sosial əlaqələr quranlara himayədarlıq edəcək.

Öz ilində yaşamaq uğrunda mübarizədən bezmiş, ancaq tədarük etməyi bacarmış SİÇOVULLARA Öküz sabitliliyi, istirahət etməyi, sevdiyi işlə məşğul olmağı bəxş edəcək. Uzun müddətdir düşünülmüş planlar həyata keçirilə bilər. Ancaq istirahətə çox vaxt sərf etməyə ehtiyac yoxdur, Öküz sizdən vicdanla işləməyinizi və həyatınızı yaxşılaşdırmaqla yanaşı cəmiyyətə də xidmət etməyinizi tələb edəcək.

ÖKÜZLƏRƏ öz ili karyerasında yüksəlməyə və cəmiyyətdə sabit bir mövqe tutmağa imkan verəcək. Sizin fədakar əzminiz bu ili məhsuldar edəcək, siz özünüzü təsdiq edəcəksiniz və layiq olduğunuz tərifləri alacaqsınız. Sağlamlığa diqqət yetirmək lazımdır, əks halda həddindən artıq yüklənmə baş verə bilər - yorğunluq sizi boğacaq. Sevdiklərinizi və yaxınlarınızı unutmayın, onlar uğurlardan daha vacibdir!

PƏLƏNG həm karyerasında, həm də şəxsi həyatında problemlərlə üzləşməmək üçün səbr etməyi və spontanlığını nəzarət altına almağı öyrənməlidir. Yaradıcılıqla məşğul olun və ya öz evinizi qurun − bu məsələdə sizin enerjiniz və yorulmaq bilməməyiniz tam yerinə düşəcək. Riskin qarşısını almaq üçün aktiv liderlikdən imtina edərək özünüzü kollektiv işində sınamağınız daha yaxşıdır.

DOVŞAN tələbkar Öküzə uyğunlaşaraq çeviklik və diplomatiya nümayiş etdirə biləcək. Çox çalışmaq lazım gələcək, ancaq nəticəni tez əldə etmək mümkün olmayacaq. Lakin səbirli olsanız, sizin kreativliyinizdən istifadə olunacaq və qarşılığında mükafatlandırılacaqsınız. Şəxsi həyatınız əsəblərinizə toxuna bilər: digər yarınız daha çox diqqət və qayğı tələb edəcək və tək qalmamağınız üçün hisslərinizi nümayiş etdirməyiniz daha yaxşı olar.

ƏJDAHA üçün il inamlı irəliləyiş vəd edir. Üzərinizə götürdüyünüz öhdəliklər və məsuliyyətlər güc verəcək, bütün sahələrdə nəticə əldə etməyə kömək edəcək. İstənilən tapşırığın öhdəsindən gəlməyi bacarırsınız, hətta astagəl Öküzə meydan oxuya bilərsiniz. Yaradıcı potensialınız və sağlam yumorunuz nəinki həyatınızı rəngləndirəcək, həm də ətrafdakılara vəzifələrinin öhdəsindən gəlməyə kömək edəcək.

İLAN üçün asan olmayacaq: Öküz sürəti artıraraq və daha da tələbkar olaraq onu işə sövq edəcək. Yalnız tənbəlliyi aşaraq və məntiqli kompromislər axtararaq İlan Öküzə üstün gələ biləcək və istirahətdən bir az daha həzz ala biləcək. Ancaq bunu uzun müddət etmək məsləhət deyil, əks halda qəzəbli Öküz tərəfindən tapdalanma riski var. Səylə çalışmaq daha yaxşıdır - o zaman istədiyiniz mükafatı alacaqsınız.

ATLAR da Öküz kimi iki nəfərin yerinə işləməyə alışıb, ona görə də onlar üçün bu il uğurlu olacaq, fayda və etibar qazandıracaq. Çalışqanlığınız və sədaqətiniz rəhbərləriniz tərəfindən qiymətləndiriləcək və karyera pilləsində irəliləməyə yardım edəcək. Şəxsi həyatda problemlər ola bilər, anlaşılmazlıqlar və yüksək tələblərlə qarşılaşa bilərsiniz. Sadəcə fırtınanın bitməyini gözləyin - sevdikləriniz sakitləşəcək, sədaqətinizi və etibarlılığınızı qiymətləndiriləcək.

Gərgin Siçovul ilində özünü rahat hiss edən KEÇİ çətin anlar yaşayacaq. Sürəti azaltmaq lazımdır və gücünüzü yeni bir sahədə sınamamalısınız. Həyat tərzi, həyatın ritmi və prioritetləri dəyişəcək. Mübahisələrdən və anlaşılmazlıqlardan qaçmaq üçün kənara çəkilmək və ictimai işlərlə deyil, daha çox şəxsi işlərlə məşğul olmaq daha yaxşıdır. Ailəniz və dostlarınız istiqaməti müəyyənləşdirməyə yardım edəcək və dəstəkləyəcəklər. Bədxərclik etməyin.

MEYMUN azla kifayətlənməli olacaq: Öküz özlərini önə çıxaranları və ambisiyası olanları sevmir. Sizin yaradıcılığınız məlumat ötürülməsində vasitəçi kimi istifadə ediləcək. Çalışqanların yaradıcılıq sahəsində üzləri güləcək, ancaq tək oyunçu olaraq deyil, yalnız xeyirxahlıq və komanda oyunu bacarıqlarında istifadə etmək şərti ilə. İstənilən şəkildə ümidsizlik və üzüntü üçün vaxt qalmayacaq.

Çətin dövrə baxmayaraq XORUZ ilində anadan olanlara Öküz yeni imkanlar bəxş edəcək. Axı çox çalışmağa öyrəşməmisiniz, dostlarınız və ailəniz isə sizə dəstək olacaq, sədaqətinizi və sevginizi mütləq qiymətləndirəcəklər. Məsuliyyətlər artacaq, amma eyni zamanda yeni uğurlar qazandıracaq və cəmiyyətdə sabit bir mövqe tutmağa imkan verəcək. Səyahətlər və səfərlər uyğundur.

İTLƏRİN xüsusən də yaxınları ilə mübahisələrdən çəkinmələri, işdə və cəmiyyətdə o qədər də özlərini göstərməmələri məsləhətdir. Sizin ideyalarınız rədd edilə bilər və ya səhv izah oluna bilər, ancaq ruhdan düşməyin - əzmkarlıq və fədakarlıq hələ də qiymətləndirilir, kolleqalarınız isə sizə yüksəkdə olmağınıza kömək edəcəklər. Bu il sülhsevərlik, həssaslıq, yaxınlarınıza və yadlara qarşı diqqət tələb edir. İctimai yüklər maraqlarınızı genişləndirərək sizə faydalı olacaq.

Ağır Siçovul ilindən sonra hər ilə uyğunlaşmağı bacaran DONUZ üçün təbii ki, asan olacaq. Öküz ili karyerada yüksəliş və biznesdə yeni imkanlar vəd edir. Qoyulan kapitallar uğurlu ola bilər. Ancaq planlarınızı tam həyata keçirmək və gələcək üçün tədarük etmək üçün çox çalışmaq lazımdır. Daha çox ailə biznesinə və övladlarınız üçün yatırımlar etməyə üstünlük vermək lazımdır.