NARGIS MAGAZINE
Simalar

Həm şirin, həm məst edici

screen_shot_2017-06-13_at_12.50.43_pm

Azərbaycan şərablarının şöhrəti, bütün Sovet İttifaqında olan məşhurluğu keçmişdə qaldı... Şərab sənayesi iqlim şəraitinin həqiqətən unikal olduğu Böyük Qafqaz dağlarının yamaclarında Savalan vadisində də inkişaf edirdi. Amma artıq, günümüzdə Aspi-Agro ASC üzüm şitillərinin istehsalı və satışı üzrə İtalyanın VIVA Cooperative Rauscedo VCR və Fransanın Gontard Freres kimi dünyanın aparıcı şirkətləri ilə sıx əlaqələr quraraq - Qəbələ rayonunda geniş üzüm plantasiyaları salmağı bacardı. Ölkəmizdə üzümçülüyün qədim ənənəsinin bərpa olduğuna əmin olmaq üçün biz şərab istehsalatına baş çəkdik və bu yaxınlarda inşa edilən şərab zavodunun enologu Daniel D'Andrea ilə bu mənzərəli yerdə necə yaşadığı və işlədiyi barədə söhbət etdik.

screen_shot_2017-06-13_at_12.52.39_pm

Harada doğulmusunuz?

İtaliyada, Rausçedo şəhərciyində.

Yəqin ki ora şərabçılıq məmləkətidir?

Əlbəttə! Mənim şəhərim seçilmiş üzüm növlərinin istehsalı ilə məşhurdur.

Neçə ildir Azərbaycanda işləyirsiniz?

Özünüz hesablayın, əgər ilk məhsul yığımı 2010-cu ildə olubsa... İndi mən bura tez-tez gedib gəlirəm, ilk başlarda Qəbələdə şərabçılıq zavodu inşa edilənə qədər daha sıx qalmaq məcburiyyətində olurdum.

screen_shot_2017-06-13_at_12.50.12_pm

Nümunə və təhlillərdən sonra avropalılar (onlar üçün) çox maraqlı kəşf etmişlər: məgər bu bölgədəki torpaq ən seçilmiş, yüksək keyfiyyətli üzüm növlərinin yetişdirilməsi üçün çox əlverişli imiş! Daha sonra İtaliyadan və Fransadan şitillər idxal olunmuş və aqrotexniki işlərin aparılması üçün xüsusi avadanlıqlar alınmışdır.

Deyirlər ki, Qəbələdəki zavod hər bir şeyi ilə İtaliyadakı zavoda bənzəyir?

Həqiqətən, zavodun ərazisində sanki İtaliyada olduğunuzu zənn edirsiniz. Həm texnologiya, həm xətlər - eynidir, prinsipcə qabaqcıl texnologiyalardır...

Siz şərabı yerli üzümdən hazırlayırsınız?

Hələ ki üzümün çox hissəsi İtaliyadan gəlir, əsas növü - Fransa mənşəlidir.

Sizin assortimentdə hansı üzüm növləri mövcuddur?

26-dan çox xüsusi texniki növlər və 14-ə yaxın süfrə üzümü növü... Yəni cəmi qırxa yaxın növləri var.

screen_shot_2017-06-13_at_12.53.12_pm

AspiWinery üzüm emalı üzrə müəssisənin istehsal gücü ildə min ton təşkil edir. Zavod ən məşhur İtaliya şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Hal-hazırda burada 18 növ məhsul buraxılır: Chardonnary, Viognier, Verdejo, Riesling, Traminer, Moscato, Syrah, Cabernet-Merlot, Aleatico, Limited Release, Cabernet Sauvignon Ripassato, Alicante Bouschet, Petit Verdot, Merlot, Marselan-Syrah, Rose, Special Edition, Merlo Desert. Bütün məhsullar yüksək ixtisaslı italyan texnoloqlar - Daniel D'Andrea və Eliza Vagnoninin nəzarəti altında zavodda istehsal edilir və yoxlanılır.

Bütün üzüm növləri şərab istehsalında istifadə olunur?

Xeyr, hamısı deyil. Süfrə üzümləri yemək üçün nəzərdə tutulub...

Sizin fikrinizcə üzüm daha harada istifadə oluna bilər olar?

Dondurmada, cemdə, tortda... Çox dadlıdır, onu elə belə də yemək olar.

screen_shot_2017-06-13_at_12.52.01_pm

Şərablar tələbata uyğun olaraq zirzəmidə, palıd çəlləklərində saxlanılır, bu da içkiyə xüsusi nəfis dad verir. Anbarda qaydalara ciddi riayət olunur: çəlləkləri mümkün qədər az silkələmək lazımdır, temperatur, nəmlik, işıqlandırma və xüsusi mikroiqlim rejimi ciddi qorunur. Bütün məhsullar lazer analizindən keçirilir.

Vaxtınızı Qəbələdə necə keçirirsiniz? Gününüzü necə doldurursunuz? İstirahət üçün vaxtınız qalırmı?

İş günüm çox uzundur, bütün 24 saatımı alır. Yox, əlbətdə ki, mən yatıram. Doğrusu, gecələr məhsuldar düşünürsən. Bəzən məhz yuxuda çox maraqlı bir şey görmək olar - məsələn, yeni şərab markası... Günümün saat neçədə başlaması - mövsümdən asılıdır. Bax indi biz yeni üzüm növlərinin əkininə başlayırıq, cavan üzüm ağaclarını növbəti mövsümə hazırlayırıq. Avqust ayında isə məhsul yığımı başlayır...

Burada şərab festivalı keçirmisiniz?

Festival da olacaq - hər şeyin öz vaxtı var. Hələ ki başqa qayğılar var idi: yer hazırlamaq, istehsal üçün bütün şəraiti yaratmaq, sonra isə şərab istehsalı prosesinə başlamaq üçün çalışmaq lazım idi... İndi isə bizdə İtaliyadakı kimi festival və bayramların keçirilməsi barədə düşünmək olar 

Bir də balaca bir simpatik məkan təşkil etmək olar, yaxşı şərabların xəritəsi, pendir və digər atributlarla bir növ dequstasiya otağı kimi...

Bəli, İtaliyadakı kimi - orada hər bir şərab növü müəyyən yeməklərlə birlikdə istifadə olunur.

Siz özünüz hansı yerli şərabı digərlərindən üstün tutursunuz?

Mən hər hansı tək bir şərabın reklamını etmək istəmirəm, hər bir halda bu sadəcə mənim subyektiv fikrim olacaq. Məsələn, bəzilərinin bəyaz, digərlərinin qırmızı şərab xoşuna gəlir... Bir şeyi deyə bilərəm: əgər satışda "Savalan" markasını görsəniz, bilin ki, qarşınızda əla şərab var! Bizim loqotipli orijinal etiket bunun təminatıdır.

screen_shot_2017-06-13_at_12.53.52_pm

  • Aspi-Agro ASC-dən bizə verilən məlumata görə, zavodun əsas məqsədi - qədim və şanlı tarixi olan yerli şərab sənayesinin bərpa olunmasıdır, habelə Azərbaycan vətəndaşlarını ən yüksək keyfiyyətli, dünyanın ən yaxşı üzüm növləri ilə və geniş şərab assortimenti ilə təmin etməkdir.

  • Şərablar qonşu Rusiyaya, eləcə də Hollandiya, İsveçə, İsveçrəyə, Fransaya, Avstriyaya, Çinə, Belçikaya və Almaniya ixrac edilir.

  • «Savalan» şərabları bir sıra yüksək dərəcəli dequstasiya müsabiqələrinin medalçısıdır. Bunların arasında International Wine Challenge (Böyük Britaniya); Mundus Vini (Noyştadte); Decanter World Wine Awards (Böyük Britaniya); Boloniyada Beşinci Beynəlxalq desert şərab sərgisi (İtaliya); Honkonqda Beşinci Beynəlxalq şərab sərgisi; Beynəlxalq Qida və PRODEXPO İçkilərinin Sərgisi (Moskva); Beynəlxalq Şərab Festivalı (Gəncə); Interwine (Quandjou, Çin) vardır.  

 

MÜSAHİBƏ ÜLVİYYƏ MAHMUDOVA FOTO PƏRVİZ QASIMZADƏ