NARGIS MAGAZINE
Həyat tərzi

Əhval-ruhiyyə yaratmaq - bizim işimizdir.

Planlaşdırma, təkmilləşdirmə və müxtəlif tədbirlərin təşkilatı ilə bu gün çoxları məşğul olur. Lakin, Amapola Exclusive Events şirkətinin bu fəaliyyətə öz yanaşması var. Müştərilərin gözləntilərini təmin etmək üçün şirkət tərəfindən çox vaxt ən yenilikçi, bəzən də ekstraordinar metodika tətbiq olunur və  eksklüziv qərarlar həyata keçirilir.

[IG_891]

Amapola Exclusive Events komandasının tərkibini yaradıcı şəxslər təşkil edir: floristlər, rəssamlar, dekoratorlar, dizaynerlər və sair... Məhz onlar çox vaxt gözəlliyi və mürəkkəbliyi ilə heyrətə gətirən, təkraredilməz, eksklüziv əşyalar və kompozisiyalar yaradaraq tədbirə əsas üslub və rəng qatırlar. Tədbirin ssenarisinin hazırlanması ideyadan başlayır, sonra isə rəssam eskiz yaradaraq onu inkişaf etdirir və bu eskizin əsasında da sonrakı iş qurulur.

[IG_892]

Budur - eskiz hazırdır, bütün hesablamalar aparılıb, lazım olan hər şey alınıb. Ən maraqlı mərhələ başlayır - tərtibat və bəzədilmə mərhələsi:  dekoratorlar və floristlər işə start verirlər.

[IG_893]

  

Gözqamaşdırıcı fantaziya, qüsursuz bədii zövq və əllərin mahiranə cəldliyi - budur "Amapola Exclusive Events" şirkətinin dizaynerlərinin əsas aləti. Eyni zamanda entrertainment şöbəsi də yorulmadan çalışır - axı müvafiq animator, aktyor, rəqqas və əlbəttə musiqiçilərin köməyi ilə bayrama gərəkən ritmi vermək lazımdır!

[IG_895]

"Amapola Exclusivе Events" şirkətinin təşkil etdiyi tədbirlər - sadəcə bəzədilmiş əyləncə gecəsi və ya musiqi müşayiəti altında səs-küylü bir bayram süfrəsi deyil. Bu, ilk növbədə hər zaman aktyor və animatorların iştirakı ilə çox vaxt kostyum şousuna çevrilən orijinal ideya və qeyri-adi yanaşmadır.

[IG_894]

"Amapola Exclusive Events" şirkətinin kollektivi: "Biz nəfəs kəsən hekayə yaratmaq istəyirik. Bu hekayədə hər bir qonaq özünü əsas hissənin iştirakçısı hiss edir.

[IG_896]

Bizim əsas məqsədimiz isə - müştəriyə, ömrü boyu   xatırlayacağı xüsusi əhval-ruhiyyə, parlaq emosiyalar bağışlamaqdır!" - deyərək qeyd edir.

 

Foto Amapola Exclusive Events Şirkətinin arxivindən - Şahmat Olimpiadası (2016) və "Azərbaycanlılar İtaliyada" adlı Ad günü tədbiri