NARGIS
NARGIS MAGAZINE
Mədəniyyət

BAKIDA "FRANKOFONİYA HƏFTƏLƏRİ"

Bakıda Fransa, Belçika, Kosta Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Litva və Latviyadakı səfirliklər, həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirak etdiyi "Frankofoniya Həftələri" festivalı keçirilib.

Festival çərçivəsində Fransız DJ Shlomo çıxış edib, Avropa və Amerika filmləri ingilis dilində subtitrlərlə nümayiş etdirilib, Maya Bağırovanın ağ-qara fotoları sərgilənib. Üzeyir Hacıbəyli adına Simfonik Orkestri dünya şöhrətli dirijor Natali Marinin rəhbərliyi altında çıxış edib. 

UFAZ bu il üçüncü dəfə "Frankofoniya həftəsini" qeyd edib və festival çərçivəsində Fransa İnstitutu tərəfindən təşkil olunmuş fransız dili orfoqrafiyası müsabiqəsi, Vüsal Əhmədovun Fransız müasir incəsənəti haqqında məruzəsi, Aydın Sadıxovun fərdi foto sərgisi və İsveçrə səfirliyinin nümayəndəliyi tərəfindən keçirilmiş İsveçrə məktəbinin təqdimatı kimi tədbirlər iştirak edib. UFAZ-ın müəllim heyəti və tələbələri həmçinin "Kim? Harada? Nə zaman?" oyununun "Quoi? Où? Quand?" fransız versiyasını oynayıblar və eksperimental musiqi nömrələrini təqdim ediblər. Axşam Yunanıstanın Azərbaycandakı səfirləri Nikolaos Kanellos tərəfindən çəkilmiş rəsm əsərlərindən ibarət kiçik bir sərgi ilə başlayıb.