NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

Amapola Exclusive Events'dən uşaqlar üçün doğum günü - nağıla qərq olmaq

Bildiyiniz kimi, uşağın həyatında ən əsas bayram - onun doğum günüdür. Hər bir balaca böyük səbirsizliklə bu günü gözləyir. Bayramın uğurlu olması və uzun müddət yadda qalması uşaq üçün çox vacibdir. Buna görə də, uşağın doğum gününü xüsusi olaraq qeyd etmək lazımdır, axı böyüklərlə ənənəvi qonaqlıqlar uşaqlara maraqlı deyil. Səbəbkar üçün bu gün parlaq, əyləncəli və ən yaxşısı - öz balaca dostlarının əhatəsində keçməlidir.

Son zamanlarda uşaqların da daxil olmaqla, doğum günlərinin tematik qeyd edilməsi dəbi yayılıb. Bu cür bayramların mövzusu fərqlidir, onların seçimi uşağın cinsindən, maraqlarından və yaşından asılıdır. Hər bir uşağın sevimli cizgi filmi və ya kompüter oyunları var, bəlkə də o, heyvanları və ya sualtı dünyasını sevir... Bəs nəyə görə bu günü o, sevimli qəhrəmanları ilə əhatə olunmasın, onun üçün lazımi atmosfer yararadılmasın? Doğum günlərinin bəzi mövzuları universaldır - onlar həm oğlan, həm də qızlar üçün uyğundur. Məsələn, son dövrlərdə populyar olan "Peppa Pig" cizgi serialının qəhrəmanları ilə olan doğum günü, yaxud dəniz üslubunda bir bayram. Xüsusi olaraq oğlan uşaqları üçün tematikalar var: məsələn, transformers üslubunda bir doğum günü eyni adlı filmin ilk çıxışından bəri populyarlıq qazanıb. Bu da əbəs deyil! Axı bütün oğlanlar oyuncaq robotlarla oynayırlar və yəqin ki, Optimus Prime, Bumblebee və digər kino qəhrəmanları ilə şəxsən tanış olmaqdan imtina etməzdilər.

Bir az böyük nadinclər üçün Call Of Duty oyunundan hərbi mövzü uyğun gələr. "Döyüş tərzində doğum günü istəyirəm!" - balaca bir müştərilərimizin arzusu belə idi, biz də bunu məmnuniyyətlə həyata keçirdik. Qızlar tərəfindən Lewis Carrollun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" nağıllarının motivləri əsasında olan mövzusu sevildi: sehrli dünyaya açılan sirli qapılar, "Məni ye" çağırış yazısı ilə parlaq cup cake, canlanmış kartlar və şahmat fiqurları - bütün bunlar gecənin gənc sahibəsini və onun qonaqlarını nağıl hekayələrinin ecazkar atmosferinə qərq edir!

Bayramda məşhur personajlar olmadan olmaz: Dəli Papaqçı (Mad Hatter), Qırmızı Kraliça (Red Queen) və əlbəttə ki, Alisanın özü. Gecə onların sayəsində hökmən inanılmaz dərəcədə şən keçəcək. Amapola Exclusive Events uşaq bayramlarının təşkili üzrə xidmətin tam spektrini təqdim edir - dekorasiya dizaynından tutmuş uşaqlarla birgə maraqlı oyunlar və şou proqramlara qədər.

  •  
  •  
  •  
  •  
1 / 5

Amapola Exclusive Events'in mehriban sehrbazları sizin uşağınızın ən böyük arzusunu həyata keçirməyə kömək edəcəklər!