NARGIS
Ru En
NARGIS MAGAZINE
YENİLİKLƏR

#natgeo100contest ən yaxşı fotolar

National Geographic Instagramda yüz milyonuncu abunəçisinin şərəfinə ən yaxşı fotoların müsabiqəsini keçirdi. İştirakçılar #natgeo100contest heşteqi ilə foto paylaşmalı idilər. Gün ərzində jurnala 95 min foto daxil oldu! Foto-redaktorlar və fotoqraflar onların arasından ən yaxşı 10 fotonu seçdilər və qalibi müəyyən etmək üçün abunəçilərə təqdim etdilər. Qalib "Masai Mara qoruğundakı naxır bulağında zebralar" fotosunun müəllifi Ketan Khambhatta oldu. O, National Geographic-dən Tanzaniyaya səyahət qazandı.
Qalibin çəkdiyi fotonu, həmçinin müsabiqənin finalistlərinin və iştirakçılarının heç də az heyrətləndirməyən fotolarını sizə təqdim edirik.