NARGIS MAGAZINE
Afişa

8-9-10 mart

Hekayə yeniyetmə yaşlarında məktəbdə silahlı atışmadan möcüzəvi şəkildə sağ çıxmış və bu hadisənin bütün gələcək həyatına təsir göstərmiş pop-ulduzdan bəhs edir. Baş rolu Natali Portman ifa edir. O, Vox Lux filmindəki işi ilə bağlı təəssüratlarını eksklüziv müsahibəsində bölüşüb.

 Harada: Park Cinema, Flame Towers

Nə zaman: 7-13 mart

 

Bu həftə sonu Puşkinin “Qaratoxmaq qadın” povestinə əsasən yazılmış Çaykovskinin operasının yeni quruluşundan zövq ala bilərik. Tamaşanın quruluşu üçün gənc rejissor, opera rejissorluğu üzrə Beynəlxalq müsabiqələrin laureatı Aleksey Smirnov dəvət olunub.

 

Harada: Bakı Musiqi Akademiyasının OPERA Studiyası

Nə zaman: 8-11 mart

 

Bayram axşamınızı istedadlı italyan musiqiçi, virtuoz, caz festivallarının laureatı Fabio Leporenin konserti ilə rəngləndirin. Bakıda verdiyi konsertini o, Beynəlxalq Qadınlar Gününə həsr edəcək. Müsbət emosiyalar və bayram əhvalına hazır olun!

 

Harada: Rotunda Jazz Club

Nə zaman: 8 mart, 20:00

 

 Bu həftə sonu uşaqları "Çeburaşka" tamaşası ilə sevindirin.

 Harada: Gənc Tamaşaçılar Teatrı

Nə zaman: 9 mart, 14:00

 

Şənbə günü aktyor Ərəblinskinin faciəli və müəmmalı taleyinin sirləri açılacaq. ("Artistin taleyi").

 

Harada: Rus Dram Teatrı

Nə zaman: 9 mart, 19:00

 

"Leyli və Məcnun" tamaşası – ruhun dərinliyinə toxunan ürkək, sonsuz sevgi və sadiqlik haqqında olan hekayədir.

Harada: Marionet Teatrı

Nə zaman: 9 mart, 19:00

 

"Salvador Dali: ölümsüzlük axtarışında" filmi – əfsanəvi rəssamın həyatına, sənətinə və sevgi hekayəsinə bir yolculuqdur. Bu film sayəsində rəssamın müsahibəsini dinləmək və heç vaxt nümayiş olunmamış eksklüziv kadrları görmək üçün unikal şansımız olacaq.

 

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 10 mart, 13:00

 

Bazar günü uşaqlarınızla vaxt keçirmək və onları teatra alışdırmaq üçün böyük bir fürsətdir ("Qaraca qız")

 

Harada: Gənc Tamaşaçılar Teatrı

Nə zaman: 10 mart, 14:00

 

Əgər hələ də "Kəlağayı: Dünən - Bu gün – Sabah" interaktiv sərgisini ziyarət etməmisinizsə, onda bunu etməyin tam vaxtıdır.

Harada: Kiçik QalArt Gallery

Nə zaman: 9 mart – 15 may

 

Bu bazar günü Jah Khalib Bakıda çıxış edəcək. Biz isə əziz oxucularımızı sevindirmək üçün tələsirik – jurnalın yeni sayında onun konsertinə bilet əldə edə biləcəksiniz. Şansınızı sınamağı unutmayın!

 

 Harada: Bakı Konqres Mərkəzi

Nə zaman: 10 mart, 20:00