NARGIS MAGAZINE
Afişa

22-23-24 noyabr

Pianoda ifa sürətinə görə rekord qıran Peter Bense dünya turu çərçivəsində yenidən Bakıda konsert verəcək.

Harada: Konqres mərkəzi

Nə zaman: 22 noyabr, 20:00

 

Cümə günü Baku Photo 2019 müsabiqəsinə həsr olunmuş sərgiyə gedirik. Giriş pulsuzdur! 

Harada: Bakı Fotoqrafiya Evi

Nə zaman: 22 noyabr, 19:00

 

Əfsanəvi La Skala teatrının ulduzları - bariton Covanni Qulyardo, tenor Massimiliano Pizapia və soprano Marina Naçkebiya Üzeyir Hacıbəyli Simfonik Orkestrinin müşayiəti ilə dünya klassiklərinin qızıl fondunda yer almış əsərlərini səsləndirəcəklər. Konsert proqramına Verdinin "Traviata", "Rigoletto" və "Trubadur", Bizenin "Karmen", Puççinin "Toska" və "Bohema", Donitsettinin "Sevgi içkisi", Mosartın "Don Juan", Çaykovskinin "Yevgeniy Onegin" və s. operalarından solo partiyalar və duetlər daxildir.

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 23 noyabr, 20:00  

  

Dövrümüzün ən böyük caz ifaçılarından biri olan məşhur "şokolad baritonu"nun sahibi Ceymi Devis ilk dəfə Bakıda çıxış edəcək. 

Harada: Beynəlxalq Muğam Mərkəzi

Nə zaman: 23 noyabr, 20:00

 

Möhtəşəm səhnələri və tutqulu süjetinə görə "Karib dənizinin quldurları" ilə tez-tez müqayisə olunan məşhur "Korsar" baletini kinoteatrda izləyirik. 2017-ci ildə ingilis və fransız dillərində səhnələşdirilən tamaşa rus dilində subtitrlarla təqdim olunur. 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 23 noyabr, 10:00 

 

Həftə sonu bütün ailəniz ilə sahibsiz heyvanlara qəyyumluq edən sığınacaqların da iştirak etdiyi "Dost axtarılır" xeyriyyə layihəsini dəstəkləməyə yollanırıq. Uşaqlar yolka ağacı oyuncaqlarının və maqnitlərin bəzənməsi üzrə master-klasslarda iştirak edə, arzu edən hər bir kəs şirin dörd ayaqlılarla ünsiyyət qura və tamamilə qarşılıqsız sadiq bir dost qazana bilərlər. 

Harada: Pullman Baku 

Nə zaman: 23-24 noyabr, 12:00 – 18:00

 

BAFTA mükafatının namizədləri Ceki və Devid Morris əfsanəyə çevrilən balet rəqqasəsi Rudolf Nureyevin həyatı haqqında təsirli sənədli film çəkdilər. Bu bazar günü biz bu filmi ingilis dilində rus dilində altyazıları ilə böyük ekranda görəcəyik. Yaş məhdudiyyəti: 18+

Harada: Park Cinema Flame Towers

Nə zaman: 24 noyabr, 13:00

 

Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilir. Tədbirin qonaqları 16 ölkədən 70 rəssamın əsərlərini, qrafik işlərini, heykəllərini, instalyasiyalarını, fotoqrafiyaları və performanslarını görə biləcəklər. Sərgilər müxtəlif yerlərdə keçirilir.

Harada: Şirvanşahlar Sarayı, Vəcihə Səmədova adına sərgi salonu, Muzey Mərkəzi, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, qalereya "1969", "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğu. 

Nə zaman: noyabrın 25-dək

 

Bazar ertəsi Sovet avanqard fotoqrafiya klassiki Yakov Xalipin sərgisi açılıb. İlk dəfə olaraq Azərbaycana səfəri zamanı çəkilən fotolar, o cümlədən Dağlıq Qarabağın bənzərsiz mənzərələri nümayiş etdirilir.

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 29 mart 2020-ci ilə qədər