NARGIS
NARGIS MAGAZINE
Xəbərlər

YAKOV XALİP. AZƏRBAYCAN GÜNDƏLİYİ

Heydər Əliyev Mərkəzində 30-cu illərin əvvəllərində fotoqrafiya sənətinin başlanğıcında dayanan və sovet fotoqrafiyasının klassiklərindən sayılan Yakov Xalipin retrospektivi açıldı. Avanqard sənətin nümayəndəsi, Aleksandr Rodçenkonun davamçısı olan Yakov Xalip Maksim Qorki, İsaak Babel, Valentin Katayevin də üzvü olduğu əfsanəvi "SSRİ tikintidə" jurnalı ilə əməkdaşlıq edib. Məhz bu dövrdə, 30-cu illərdə Yakov Xalip avanqard sənətin əsas texnikalarını mənimsəmiş və onları fotoqrafiyada fəal istifadə etməyə başlamışdır.

Xalçaçı iş başında, 1937 

İti bucaqlar, diaqonal kompozisiya, həcmlə oyunlar, ön plandan aktiv istifadə, böyüdülmüş detallar – özünəməxsus konstruktivliyə malik idi, sənədli hekayələri həmişə bir az səhnələşdirilmiş, bir az oynaq idi, hər bir kadrı dad, qoxu, həyat səsləri ilə doldururdu.

Kvadrat 64. Torpeda katerləri və hidrotəyyarələr. Manevrlər. 1936

Baltik donanması. Gecə keşiyi. 1936

Marakeş. Bazar. 1969 

Yakov Xalip "İnturist" agentliyi üçün çalışırdı, "Pravda" və "Krasnaya Zvezda" qəzetləri üçün hərbi xronikanın sənədli fotolarını çəkirdi. O, sadiq cəbhə yoldaşı olan yazıçı Konstantin Simonovla müharibədən keçib. Yakov Xalipin duyğu dolu, dəqiq, yaddaşlara həkk olunmuş fotoları heç olmasa bir dəfə olsa Rusiya, İkinci Dünya müharibəsi və o illərdəki Sovet İttifaqının tarixi ilə kəsişən hər bir kəsə tanışdır.

Maya tayfasının dilinin sirri açılıb, 1962 

Əlcəzəir. Səhrədə görüş, 1969 

Bakının mərkəzində tramvayın hərəkəti, 1938

Qız üzüm payı ilə, 1937

Üzümlükdə uşaqlar, 1937

Bakı ekspozisiyasına Heydər Əliyev Mərkəzinin kuratorları tərəfindən dövrlərə bölünmüş Lümmer qardaşları fotoqrafiya mərkəzinin 200-dən çox fotoşəkli daxildir. Yakov Xalipin ailəsi Bakı ictimaiyyətinə xüsusi bir hədiyyə təqdim etdi – onun oğlu, jurnalist və tərcüməçi Nikolay Yakovleviç Xalip uzun illər atasının əsərlərinin arxivini araşdırıb və Azərbaycanda çəkilmiş yeni neqativlər tapıb. 30-cu illərin sonlarından 60-cı illərə qədər Yakov Xalip təkcə Bakı və ətrafına deyil, həm də Dağlıq Qarabağa səfər etmişdi.

Yakov Xalip Azərbaycanda, 1937

Bakı. İliç buxtası. Neftayırma zavodu. 1937 

Dağlıq Qarabağın mənzərəsi. Azərbaycan, 1937

Dağlıq Qarabağın dağlarında mal-qara. Qoyun sürüsü. Azərbaycan, 1937

Bu unikal foto material təxminən 80 il sonra ilk dəfə Azərbaycana qayıdır. Sərginin adı elə buna görə də "Azərbaycan gündəliyi" adlanır.

Xalçaçı dəzgah arxasında, 1937

Bakı. İliç buxtası. Laboratoriya. 1937

Bakı. İliç buxtası. Neft güllələri, 1937