NARGIS MAGAZINE
Mədəniyyət

WALL STREET ART

Divarda rəsm çəkmək - incəsənəti qalereyadan küçəyə daşımağın ən sərfəli yaradıcı yollarından biridir və bununla da dünyanı daha rəngarəng və mehriban etmək mümkündür. Bu həqiqətən məkan xaricində, yeri gəlmişkən Azərbaycanda o qədər də məşhur olmayan bir sənətdir və Füzuli Əliyev bu sahədə öz yerini tutmaq, küçə sənətini Bakı tamaşaçısına açanlardan biri olmaq istəyir. Füzuli Bakıda anadan olub, amma yetkinlik yaşına çatdıqdan sonra Sankt-Peterburqa köçüb. Fərdi şəkildə (özünün dediyi kimi "qeyri-leqal" olaraq) qrafik dizayner təhsili alıb, 2016-ci ildə küçədə ilk ciddi işini həyata keçirib.

img_4022-15-04-18-05-01

Street-rəssam Füzuli Əliyev xüsusi olaraq Nargis üçün şəhərimizin divarlarını bəzəyərək kinematoqrafiya klassikasının rəngli obrazlarını canlandırdı. İndi Z nəsli sözün əsl mənasında ulduzlarla selfi çəkdirə bilər.

img_4793_2

Barbarella: Əgər edə biləcəyim bir şey varsa, deyin.

Mark Hand: Sən mənimlə... sevişə bilərsən.

— «Sevişmək», dediniz?

— Bəli.

— Nə demək istəyirsiniz? Axı siz mənim psixokardioqramımı bilmirsiniz? Yer kürəsində əgər insanların psixokardioqramı uyğun gəlmirsə, onlar sevişmirlər.

«BARBARELLA», 1968

img_4786_2

— Sən gecikdin!

— Əla görünürsən!

— Bağışlandın.

«GÖZƏLÇƏ», 1990

 merelyn_2

— Bu istidə bilirsiniz nə edirəm?

Alt paltarlarını soyuducuda saxlayıram!

«YEDDİNCİ İLİN HƏVƏSİ», 1955

 img_4809

Mənim yaşlı pişiyim, yaşlı tənbəlim, adsız tənbəlim. Ona ad verməyə haqqım yoxdur, axı biz bir-birimizə aid deyilik. Sadəcə nə vaxtsa rastlaşmışıq. Bu dünyada heç nə bizə məxsus deyil. Bəzən biz və əşyalar bir-birimizi tapırıq.

«TİFFANİDƏ SƏHƏR YEMƏYİ», 1961

 

Bu film ulduzları ilə İnşaatçılar prospekti, 30 və Nəriman Nərimanov prospekti, 4 ünvanlarında şəkil çəkdirə bilərsiniz.