NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Classics Reborn, Tommy Hilfiger-in klassikaya yeni yanaşmasıdır

Brend dizayneri deyir: "Klassika heç vaxt dəbdən düşmür. Bu kolleksiya modernləşmək və yeniliklərə hazır olmaq, zamansız üslubları aktual saxlamaq üçün yeni yollar tapmaq haqqındadır. İxtiralar mənim üçün daim həyəcanlıdır."

Bu layihəyə 3 istedadlı gənc xanım qoşulub. Cəsarətli və yaradıcı blogerlər zamanla ayaqlaşaraq, hətta onu qabaqlayaraq yeni trendlər təyin etməyə qadirdilər. Hər üçü bir-birindən çox fərqli olsada, dəbə olan sevgi onların ortaq cəhətidir.

Kamalə Piriyeva (@kamalapiriyeva) - gənc aktrisa, aparıcı, stil ikonası: “İnsanın daxili aləmini ən gözəl əks etdirən geyimdir. "Tommy Hilfiger" məni gecə-gündüz dəbli saxlayır. Klassik ağ köynəyi cins şalvar və klassik blazerlə birləşdirməyi sevirəm, bu hər zaman cəzb edir. Bu mövsümün hiti ağ detallarla cəsarətli şəkildə tamamlana bilən çəmən yaşılıdır”.

Cəmilə Salam (@jvmilya) - dəb blogeri, dizayner: “Geyim ilham mənbəyimdir. Birləşdirib uyğunlaşdırmağı və kəşf edərək üzə çıxarmağı çox sevirəm. "Classics Reborn" kolleksiyası mənim üçün bir tapıntıdır. Geyimi parlaq detallarla, məsələn, parlaq bir plaşla tamamlamağı xoşlayıram”.

Fidan Rimazi-Əliyeva (@frimazi) – dəb blogeri: "Mənim üslubum fərdidir. Klassik geyimləri idman geyimləri ilə birləşdirməyə üstünlük verirəm, və bütün bunlar "Tommy Hilfiger"in yeni kolleksiyasındadır. Məndən hansı geyimi xoşladığımı soruşsanız, cavabım şalvardır. "Tommy Hilfiger" kolleksiyasından geniş şalvar növləri istənilən köynək, svitshirt və kardiqanla birləşdirilə bilər. Bu hər zaman dəbdə və trenddədir”.

"Tommy Hilfiger"in yeni kolleksiyası ilə brendin “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərindəki mağazalarında tanış ola bilərsiniz.