NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Qızıl kimi!

Magnum ilə yay geri qayıdır, bu dəfə qızılı rəngdə!

Yeni Magnum Double Caramel Gold ilə həzzin qatlarını bir-bir kəşf etməyin əsl vaxtıdır. Qızıl Magnum şokoladı, ləzzətli karamel sousu və məxməri dondurma… Bunlar hamısı həzzin yeni qızıl dövrünü xarakterizə edir. Magnum nəfis dadı ilə səni qızıl tərəfini kəşf etməyə ilhamlandırır və 4 fərqli qəhrəmanla 4 parlaq yola çıxır: dəb, fotoqrafiya, musiqi və yemək. Qəhrəmanlarımız Magnum qızılından ilhamlanaraq öz qızıl tərəflərini ortaya çıxaracaqları layihələrlə tezliklə qarşında olacaqlar. Bəs sən bu yolda qəhrəmanlarımızla birlikdə öz qızıl tərəfini kəşf etməyə hazırsan?

DİHAJ – VOKALİST, BƏSTƏKAR, PRODÜSER VƏ “DIHAJ” TRİOSUNUN RƏHBƏRİ

Dihaj-ın yeni qızıl əsəri Magnum Double Caramel Gold-un qatlarından ilhamlanmış bəstə olacaq.

Yeni Magnum Double Caramel Gold kimi müsahibimiz Dihajın da birdən çox qatı var. O, vokalist, bəstəkar, prodüser kimi çalışmaqla yanaşı, həmçinin “Dihaj” triosuna da rəhbərlik edir. 2017-ci ildə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən Dihaj həyatının bir anını belə musiqisiz və notlarsız təsəvvür edə bilmir. Onun üçün həzz yalnız instinktlə bağlı deyil, həzzi daim hərəkətdə olmaqla və həyatın özü ilə assosiasiya edir.

Müsahibimiz yeni qızılı Magnum-u belə şərh edir: “Magnum müasir qadın kimidir. Onun bir neçə qatı var, lakin daxilində isə incə və mülayimdir”.

TOĞRUL QURBANOV – FOTOQRAF

Fotoqraf kimi əsasən moda sahəsinə fokuslanan Toğrul hər zaman parlaq ideyalar, eksklüziv layihələr və fotosessiyalar axtarışındadır.

Toğrul deyir ki, qızılı Magnum Double Caramel Gold dondurma aşiqləri üçün əla yenilikdir. Hər qatında yeni bir dad, yeni bir həzz olması isə yeni Magnum-un dadına dad qatır.

Qəhrəmanımız həyatı rəngarəng və parlaq yaşamağı sevir, qızılı rəng isə xüsusilə zövqünü oxşayır. Elə yeni Magnum-da da ən sevdiyi detal rəngidir.

Toğrulun Magnum Double Caramel Gold-dan ilhamlanmış yeni fotolardan ibarət seriyasını nəzərdən keçirə bildiyimiz üçün çox şanslıyıq. Onun 10 fotodan ibarət qızılı sərgisi tezliklə işıq üzü görəcək.

AYSEL SADIQOVA – “PARCHA” BRENDİNİN TƏSİSÇİSİ VƏ DİZAYNERİ

Qəhrəmanımız dizayner Aysel Sadıqova Azərbaycanın moda sənayesindəki boşluğu doldurmağı hədəfləyib. O, 2016-cı ildə “Parcha” brendini təsis edərək karyerasında yeni və parlaq dövrə qədəm qoyub.

Monoton həyatı sevmədiyi üçün daim qeyri-adi dadlar axtarışında olduğunu söyləyən Aysel yeni qızılı Magnum-u gördüyü andan ona vurulub. Hətta Magnum Double Caramel Gold onu yeni geyim dizayn etməyə belə ilhamlandırıb. Biz də Ayselin qızıldan ilhamlanan dəbli yeniliyini görmək üçün səbirsizlənirik.

Aysel öz tərzinə sadiq qalaraq yeni studiyasında qızılı qatlardan ibarət don dizayn edir.

GÜNEL FƏRHADLI – FUD-STİLİST

8 ildir ki, fotoqraf və yemək stilisti kimi çalışan Magnum qəhrəmanı Günel Fərhadlı: “Bakının ən məşhur kafe və restoranlarında mənim imzam var. Ən ləziz yeməklərin fotolarını kameraya köçürüb yaddaqalan etmişəm”.

O da əksər yaradıcı insanlar kimi həmişə parlaq və həzz dolu fikirlər axtarışındadır. Yeni qızılı Magnum-da da onu ruhlandıran məhz füsunkar və qeyri-adi dada malik olmasıdır. Müsahibimizin fikrincə, Magnum Double Caramel Gold bu yay onun ən yaxın, ən dadlı və ən dəyərli yol yoldaşına çevriləcək. Qızılı Magnum-dan aldığı enerji və yaradacılıqla Günel yeni layihələrdə öz qızıl tərəfini göstərməyə hazırdır.

“Yeni Magnum-un dadına baxan hər kəs həzz alacaq və ilhamlanacaq”.

Günel həzz dolu və nəfis deserti Magnum Double Caramel Gold-dan ilhamlanaraq hazırlayıb.